Gözəllik
45 kiloqram arıqlayan məşhur müğənni SİRRİNİ AÇDI
45 kiloqram arıqlayan britaniyalı müğənni Adel fit qalmağın sirrini açıb.
Publika.az xəbər verir ki, bu barədə “The Sun” nəşri yazıb. Nəşrin məlumatına görə, ifaçı mütəmadi olaraq idmanla məşğul olur. Sənətçi rasionunu da məhdudlaşdırıb. İndi o, karbohidratlara az üstünlük verir.
Adel yemək bişirməkdən imtina edib və hazır sağlam qidalar sifariş etməyə başlayıb. Hər gün müğənni 1700 kalori qəbul edir. Britaniyalı ulduz gündə üç dəfə yemək yeyir. Sənətçi səhərlər tam taxıldan hazırlanan pankek və ya qaynadılmış yumurta qəbul edir. Nahar və şam yeməyində hinduşka əti ilə salat, bir dilim bişmiş qızılbalıq və ya bir az qızardılmış toyuğa üstünlük verir. Yeməklər arasında müğənni bol su və təbii şirələr içməyə çalışır, həmçinin təzə meyvələr yeyir.
Bundan əvvəl Adelin keçmiş şəxsi məşqçisi Pete Gerasimo ulduzun sirrini açmışdı. O, ifaçının dəyişməsinin arıq olmaq arzusu ilə bağlı olmadığını söyləmişdi: “Onun məqsədi sağlamlığı yaxşılaşdırmaq idi”.
Təxminən 45 kiloqram çəki atan Adelin pərəstişkarları bu cür kardinal dəyişikliyə imza atan sənətçini dəstəkləyib.
Aytən Məftun
-
Dünya04:30Zelenskidən müharibənin sonu ilə bağlı mesaj: İlk siqnal verildi...
-
Dünya02:18Vuçiç seçkilərin ilkin nəticələrini açıqladı: Məğlub olduq
-
Qoroskop01:20Günün ulduz falı: çətinliklərlə təkbaşına mübarizə aparmalı olacaqsınız
-
Avropa00:45Vuçiçin anasına hücum edən şəxs saxlanıldı
-
Nida Təhlil 00:27Ərdoğan Bakıya qarşı çıxan Oktay Saralı niyə istefaya göndərdi? - DETALLAR
-
Hadisə25 Oktyabr 21:30Deputatın oğlu həbs edildi - VİDEO/YENİLƏNDİ
-
ABŞ25 Oktyabr 21:00Bu gecə İrana zərbə endiriləcək? - Trampdan açıqlama
-
Nida Xəbər 25 Oktyabr 20:32Azərbaycanı hədələyən Oqtay Saral istefa verdi: Özündən ilk açıqlama - Yeniləndi

































