Gözəllik
Həkim koronavirus pandemiyasının gözlənilməz nəticələrindən danışdı
Koronavirus pandemiyası zamanı plastik cərrahlara müraciət edənlərin sayı kəskin artıb.
Publika.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb. Atlanta Mərkəzinin plastik cərrahı Diana Aleksandr xəstə sayının son aylarda artdığını söyləyib. O bildirib ki, görünüşlərindən şikayət edən insanlar həkimlərə daha çox müraciət etməyə başlayıb:
“Heç vaxt bu qədər çox əməliyyat keçirməmişəm və bu yaykı qədər pasiyent qəbul etməmişəm”.
Mütəxəssislər pandemiya və pandemiyanın məhdudlaşdırıcı tədbirlərinin tətbiqi zamanı plastik cərrahlara müraciətlərin artmasının səbəblərini insanların bu müddətdə bir-biri ilə videozənglərlə əlaqə saxlaması və bu zaman kameranın çərçivəsində öz qüsurlarını daha aydın görməyə başlaması ilə izah edib.
“The New York Times” bu tendensiyanı gözlənilməz adlandırır, çünki ABŞ-da plastik əməliyyat olduqca bahadır. Müxtəlif prosedurların dəyəri 3,3-25 min dollar arasında dəyişir.
Aytən Məftun
-
Dünya04:30Zelenskidən müharibənin sonu ilə bağlı mesaj: İlk siqnal verildi...
-
Dünya02:18Vuçiç seçkilərin ilkin nəticələrini açıqladı: Məğlub olduq
-
Qoroskop01:20Günün ulduz falı: çətinliklərlə təkbaşına mübarizə aparmalı olacaqsınız
-
Avropa00:45Vuçiçin anasına hücum edən şəxs saxlanıldı
-
Nida Təhlil 00:27Ərdoğan Bakıya qarşı çıxan Oktay Saralı niyə istefaya göndərdi? - DETALLAR
-
Hadisə25 Oktyabr 21:30Deputatın oğlu həbs edildi - VİDEO/YENİLƏNDİ
-
ABŞ25 Oktyabr 21:00Bu gecə İrana zərbə endiriləcək? - Trampdan açıqlama
-
Nida Xəbər 25 Oktyabr 20:32Azərbaycanı hədələyən Oqtay Saral istefa verdi: Özündən ilk açıqlama - Yeniləndi

































