Əbədi cavan qalmağın sirri
Bizi izləyin

Gözəllik

Əbədi cavan qalmağın sirri

Qidalar təkcə sağlamlığa deyil, gözəl qalmağa da xidmət edir. Ərzaqların gözəlliyə təsiri olduqca böyükdür. Tabloid.az 8 faydalı gözəllik məsləhətini təqdim edir:

Quru dərinin dərmanı: Dəriniz çox quru və qabıq verirsə, bunun dərmanı omeqa 3 yağlardır. Bu yağları əldə etməyin ən sadə yolu yeməyə kətən toxumları əlavə etməkdir. Bu toxumlar dərinin yağ ehtiyacını artırıb onu nəmləndirəcək. Yeməyinizə hər gün 1 çay qaşığı kətən toxumunu əlavə edin. Həmçinin somon balığı da omeqa 3 yağı ilə zəngindir.

Sonsuza qədər gənc qalmağın sirri: Mübaliğədir dəyən varsa, nümunələr göstərə bilərik: Nebahat Çehre, Sindy Krouford, Zetrin Keta Cons, Helli Berri, Haydi Klum, Cuila Roberts, Demi Mur, Keyt Moss və başqaları.. Adları fərqli olsa da, onların ortaq bir xüsusiyyəti var. Bu ulduzların qidalanma ritualındakı möcüzə C vitaminidir. Siz də sonsuza qədər cavan qalmaq istəyirsinizsə, C vitaminindən əl çəkməyin. Kivi C vitamin ilə zəngindir. Bu dərinin uzun müddət cavan və sağlam qalmağını təmin edəcək.

Sızanaq probleminin həlli: Sızanağın böyük düşmənindən biri balqabaq tumlarıdır. Son illərdə aparılan araşdırmalarda məlum olub ki, balqabaq tumu həqiqətən də sızanaqların qarşısını alır. Hər gün bir ovuc balqabaq tumu yeyin.

Şişkinliyi həlli: Qadınların çoxunun gözəllik problemindən biri də göz ətrafı dəridə şişkinlikdir. Hər səhər yuxudan qalxanda üz və göz ətrafı çox şişmiş olur. Bu problemi aradan qaldırmağın ən sadə yolu tərədir. Tərənin tərkibində antioksidantlar və dəmir var. Bu isə şişkinliyi aradan qaldırır və dərini sağlamlaşdırır. Təbii ki, hər gün davamlı olaraq tərə qəbul etməlisiniz.

Dərin və mənalı baxışların həlli: “Lutein” daha iri, parlaq və mənalı gözlər üçün lazım olan maddədir. Bəs, bu maddə hansı qidanın tərkibindədir? Bunu əlbəttə ki, ispanağın tərkibində tapmaq olar. Gözlərinin gözəlliyinə xüsusi diqqət edirsənsə, gündə ən azı stəkan dolusu ispanaq yeməyi unutma.

Ağ dişlər: Dişlərinin daha ağ olmağını istəyirsənsə, bol-bol alma ye. Mütəxəssislər almanı qabıqlı və bütöv şəkildə yeməyi məsləhət görür.

Göz qamaşdıran saçlar: Daha dolğun, gur və sağlam saçların ehtiyacı silikondur. Bunun üçün bol miqdarda paxla yemək lazımdır. Onun tərkibində silikon maddələr var. təxminən 9 ay müddətində mütəmadi olaraq paxla yeməyi yeyin. Nəticəsi göz qabağında olacaq.

Sağlam dırnaqlar: Dırnaqların uzun və daha dayanıqlı olmağını, həmçinin saçların tökülməsinin qarşısını almaq istəyirsinizsə, həftədə 3-4 dəfə yumurta yeyin. Yumurtanın tərkibində olan “biotin”sayəsində sağlam dırnaqlara sahib ola bilərsən.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm