Gözəllik
35 yaşınız varsa, bunu etməyin!
Hər qadın yaşından gənc görünməyi arzulayır və bunun müəyyən sirləri var. Kosmetoloq Yekaterina Morozovanın sözlərinə görə, gənc qızlar yetkin insanların dərisi üçün nəzərdə tutulan prosedurlardan imtina etməlidir. Ekspert qeyd edib ki, bəzi prosedurlar gənc qızların dərisinə zərər verə bilər.
Publika.az xəbər verir ki, Y.Morozova ilk növbədə 20 yaşda kəskin pilinqlər etdirməyin əleyhinədir.
“Məsələn, 20 yaşda kəskin dəri soyulması (pilinq), almaz dermabraziya, plazma müalicəsi, botulinum terapiyası edə bilməzsiniz. Gənc yaşda insan belə kosmetik müdaxilələrə çox diqqətli olmalıdır. Bu dövrdə dəri güclü hormonal dəyişikliklərə məruz qalır və ətraf mühitə yenicə uyğunlaşmağa başlayır. Odur ki, dəriyə zərər verməyəcək düzgün baxımı seçmək vacibdir. 25 yaşda SMAS liftinq, biorevitalizasiya və botulinum müalicəsi zərərlidir. Ən yaxşı effekt üz masajı sayəsində əldə edilə bilər. Lenfatik drenajı seçmək daha yaxşıdır.
30 yaşdan sonra demək olar ki, bütün gözəllik prosedurları aktuallaşır. Gələcəkdə dərinin solmasının və tonusunu itirməsinin qarşısını ala bilmək üçün bu yaş ən məhsuldar dövrdür. Düzgün müalicə kursu da eyni dərəcədə önəmlidir.
35 yaşınız varsa, bukkal üz masajı qəti şəkildə zərərlidir. Bu masaj əzələ korsetinin sallanmasına səbəb olacaq. Bütün digər prosedurlar edilə bilər, ancaq kosmetoloqun nəzarəti altında həyata keçirilməlidir”.
Aytən Məftun
-
Dünya04:30Zelenskidən müharibənin sonu ilə bağlı mesaj: İlk siqnal verildi...
-
Dünya02:18Vuçiç seçkilərin ilkin nəticələrini açıqladı: Məğlub olduq
-
Qoroskop01:20Günün ulduz falı: çətinliklərlə təkbaşına mübarizə aparmalı olacaqsınız
-
Avropa00:45Vuçiçin anasına hücum edən şəxs saxlanıldı
-
Nida Təhlil 00:27Ərdoğan Bakıya qarşı çıxan Oktay Saralı niyə istefaya göndərdi? - DETALLAR
-
Hadisə25 Oktyabr 21:30Deputatın oğlu həbs edildi - VİDEO/YENİLƏNDİ
-
ABŞ25 Oktyabr 21:00Bu gecə İrana zərbə endiriləcək? - Trampdan açıqlama
-
Nida Xəbər 25 Oktyabr 20:32Azərbaycanı hədələyən Oqtay Saral istefa verdi: Özündən ilk açıqlama - Yeniləndi

































