Gözəllik
Gözəlliyi qorumaq üçün bu pozada yatın!
Yuxu pozası, yəni düzgün mövqedə yatmaq zahiri görünüşə olduqca təsir edir. Gün ərzində yaxşı görünmək üçün düzgün yatmalısınız.
Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə tibb elmləri doktoru, dermatoloq-kosmetoloq Svetlana Jaboyeva danışıb.
“Qırışa qarşı hər hansı sehrli yastıq və ya döşək yoxdur. Yuxudan duranda üzünüzün şişməsini istəmirsinizsə, limfa və qan axınına mane olmamalısınız. İstənilən yastıqda yata bilərsiniz, əsas odur ki, hündürlüyü çiyin ölçüsünün yarısından az olmasın. Rahat yatmaq çox vacibdir və üzünüzü yastığa söykəməyin. Əgər servikal osteoxondroz probleminiz varsa, yuxu zamanı duruşunuzu izləməyinizə daha çox ehtiyac var.

Yuxu çatışmazlığı da üzə əks olunur. İncə qırışlar, gözlər altındakı çökəklik, boz dəri rəngi yuxu çatışmazlığının tipik əlamətləridir. Sistemli yuxu çatışmazlığı ilə bədəndəki bütün proseslər pozulur. İdeal yuxu 8-9 saat olmalıdır. Tez yatmaq və erkən oyanmaq daha yaxşıdır - bu cür ritmlər günəşə uyğundur. Gündüz sirkadiyalı ritmləri pozmaqla 8 saat yatmaq effektiv olmayacaq”, - həkim “Sputnik” radiosuna müsahibəsində izah edib.
Kosmetoloq su və çayı yatmazdan təxminən üç saat əvvəl içməyi tövsiyə edib, çünki çox miqdarda su görünüşü zədələyir və ödem əmələ gətirir:
“Kosmetika da yatmazdan ən az 30 dəqiqə əvvəl silinməlidir, çünki kremlər, toniklər dərinin nəfəs almasına mane olur. Makiyajla yatmaq olmaz. Yatmazdan əvvəl üzünüzü makiyajdan və bütün çirklərdən hərtərəfli təmizləmək hər şeydən vacibdir. Gənclərə heç bir şey tətbiq etmək lazım deyil. Yaşlı insanlarsa axşam baxımını gücləndirməlidir”.
Aytən Məftun
-
Dünya04:30Zelenskidən müharibənin sonu ilə bağlı mesaj: İlk siqnal verildi...
-
Dünya02:18Vuçiç seçkilərin ilkin nəticələrini açıqladı: Məğlub olduq
-
Qoroskop01:20Günün ulduz falı: çətinliklərlə təkbaşına mübarizə aparmalı olacaqsınız
-
Avropa00:45Vuçiçin anasına hücum edən şəxs saxlanıldı
-
Nida Təhlil 00:27Ərdoğan Bakıya qarşı çıxan Oktay Saralı niyə istefaya göndərdi? - DETALLAR
-
Hadisə25 Oktyabr 21:30Deputatın oğlu həbs edildi - VİDEO/YENİLƏNDİ
-
ABŞ25 Oktyabr 21:00Bu gecə İrana zərbə endiriləcək? - Trampdan açıqlama
-
Nida Xəbər 25 Oktyabr 20:32Azərbaycanı hədələyən Oqtay Saral istefa verdi: Özündən ilk açıqlama - Yeniləndi

































