Gözəllik
Dəri quruluğunun qarşısını alan vitaminlər
Dərinin gözəlliyinin içdən başladığını hamımız çox yaxşı bilirik. Dəri quruluğu müxtəlif amillərdən qaynaqlana bilər: səhv qulluq, bədənin susuz qalması, yaşlanma, mövsümi iqlim dəyişiklikləri, stress, allergiya və ya qida çatışmazlığı. Əgər siz müntəzəm olaraq nəmləndirici kremlərdən istifadə edirsinizsə, kifayət qədər su içirsinizsə və balanslaşdırılmış pəhrizə əməl edirsinizsə, buna rəğmən dəridə quruluq və qabıqlanma davam edirsə, o zaman daxili problemlərin həllindən başlamalısınız.
Publika.az oxucuları dərinin qurumasının qarşısını alan və ona sağlam parlaqlıq bəxş etməyin yolları ilə tanış edir.
D vitamini
Vitamin D sağlamlığın bir çox aspektindən, o cümlədən dərinin vəziyyətindən məsuldur. Yeni epidermal hüceyrələrin böyüməsi sürətləndirir, həm də dərini və patogenlərə qarşı ilk müdafiə xəttinin – immunitetin vəziyyətini yaxşılaşdırır. Bundan əlavə, elmi araşdırmalar dərinin quruluğunu birbaşa D vitamini çatışmazlığı ilə əlaqələndirib. Qış aylarında qapalı yerlərdə daha çox vaxt keçirdiyimiz üçün “günəş” vitamini almırıq, odur ki, qida əlavələri faydalıdır.
Kollagen
Kollagen bədənimizdə ən bol proteindir və bütün dərimizin təxminən 75% -ni təşkil edir. Yaşla əlaqədar olaraq kollagen lifləri incələşir, elastikliyini itirir, bu da quruluğa, qabıqlanmaya və qırışlara səbəb olur. Kollagenin müntəzəm istifadəsi dərinin elastikliyini yaxşılaşdırmaqla yanaşı, nəmin lazım olduğundan daha böyük həcmdə buxarlanmasının qarşısını alan qoruyucu təbəqə yaradır.
C vitamini
C vitamini bədənin hüceyrələrini sərbəst radikalların zədələnməsindən qoruyan, erkən yaşlanmaya səbəb olan oksidləşdirici proseslərin qarşısını alan güclü antioksidantdır. Bundan əlavə dərinin vəziyyətinə faydalı təsir göstərən kollagenlə reaksiya verə bilir. Bədəndə kifayət qədər C vitamini varsa, dərinin vəziyyəti nəzərə dərəcədə yaxşılaşır, bu da hüceyrələrdə nəmin daha uzun müddət saxlanmasına kömək edir və quruluqdan qoruyur.
Balıq yağı
Balıq yağı gözəl dəri üçün vacib olan omeqa-3 yağ turşularının ən yaxşı mənbəyidir. Tərkibində güclü antiinflamatuar xüsusiyyətlərə malik digər əsas turşular da var. Balıq yağı dərini nəinki içəridən qidalandırır, həm də nəmin buxarlanmasının qarşısını alan və qocalma prosesini ləngidə bilən qoruyucu baryeri gücləndirməyə kömək edir.
Seramidlər
Seramidlər qidalandırıcı üz kremləri və digər baxım məhsullarının ümumi tərkib hissəsidir, baxmayaraq ki, bu barədə kollagendən daha az danışılır. Bunlar, ölçülərinə görə dərinin dərin təbəqələrinə nüfuz edərək içəridən qorunma təmin edən lipid molekullarıdır. Onların yaratdığı qoruyucu təbəqə dərini ətraf mühitin zərərli təsirlərindən qoruyur və hüceyrələrdə nəm saxlayır.
-
Dünya02:18Vuçiç seçkilərin ilkin nəticələrini açıqladı: Məğlub olduq
-
Qoroskop01:20Günün ulduz falı: çətinliklərlə təkbaşına mübarizə aparmalı olacaqsınız
-
Avropa00:45Vuçiçin anasına hücum edən şəxs saxlanıldı
-
Nida Təhlil 00:27Ərdoğan Bakıya qarşı çıxan Oktay Saralı niyə istefaya göndərdi? - DETALLAR
-
Hadisə25 Oktyabr 21:30Deputatın oğlu həbs edildi - VİDEO/YENİLƏNDİ
-
ABŞ25 Oktyabr 21:00Bu gecə İrana zərbə endiriləcək? - Trampdan açıqlama
-
Nida Xəbər 25 Oktyabr 20:32Azərbaycanı hədələyən Oqtay Saral istefa verdi: Özündən ilk açıqlama - Yeniləndi
-
Hadisə25 Oktyabr 19:13Bakıda deputat oğlunun iştirak etdiyi dava ilə bağlı qərar: 5 nəfər həbs olundu - FOTO/YENİLƏNDİ
































