Gözəllik
Kosmetoloq dərini istidə qorumağın yollarını açıqladı
Moskva Elmi-Praktik Dermatovenerologiya və Kosmetologiya Mərkəzinin baş həkiminin müavini Oksana Porşina dərini qorumağın yollarını açıqlayıb.
Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, həkimin sözlərinə görə, dərini qorumaq və nəmləndirmək prinsiplərinə hər kəs əməl etməlidir.
“Təkcə çimərliklərdə istirahət edənlər deyil, küçədə işləyən insanlar da günəş işığına məruz qalırlar. Sağlamlığınızı qorumaq üçün dərini qorumaq və nəmləndirmək prinsiplərinə əməl etməlisiniz. Belə havalarda günəşdən qoruyucu vasitələrdən istifadə etmək mütləqdir, onu təkcə bədənə deyil, üzə də çəkmək lazımdır. Üzgüçülük və digər su prosedurlarından sonra kremi yenidən istifadə edin.
Bundan əlavə, isti havalarda açıq rəngli paltarlar geyinin və günorta saatlarında günəşli yerlərdə olmamağa çalışın. Gün batdıqdan sonra yenə nəmləndiricilərdən istifadə etmək lazımdır və ya gün ərzində termal vura bilərsiniz. Çox açıq dəriyə sahib olan insanlar ən yüksək qorunma dərəcəsi olan məhsullara ehtiyac duyurlar.
Ancaq dəridə səpgilər əmələ gəldiyini görsəniz, mümkün qədər tez dermatoveneroloqa müraciət edin. Heç bir şikayət olmasa belə, mütəmadi olaraq profilaktik müayinələrdən keçməlisiniz”, - mütəxəssis yekunda vurğulayıb.
Aytən Məftun
-
Dünya02:18Vuçiç seçkilərin ilkin nəticələrini açıqladı: Məğlub olduq
-
Qoroskop01:20Günün ulduz falı: çətinliklərlə təkbaşına mübarizə aparmalı olacaqsınız
-
Avropa00:45Vuçiçin anasına hücum edən şəxs saxlanıldı
-
Nida Təhlil 00:27Ərdoğan Bakıya qarşı çıxan Oktay Saralı niyə istefaya göndərdi? - DETALLAR
-
Hadisə25 Oktyabr 21:30Deputatın oğlu həbs edildi - VİDEO/YENİLƏNDİ
-
ABŞ25 Oktyabr 21:00Bu gecə İrana zərbə endiriləcək? - Trampdan açıqlama
-
Nida Xəbər 25 Oktyabr 20:32Azərbaycanı hədələyən Oqtay Saral istefa verdi: Özündən ilk açıqlama - Yeniləndi
-
Hadisə25 Oktyabr 19:13Bakıda deputat oğlunun iştirak etdiyi dava ilə bağlı qərar: 5 nəfər həbs olundu - FOTO/YENİLƏNDİ
































