Gözəllik
Bədəndə hormonal pozğunluğun əsas əlamətləri
Hormonlar bədəndəki bütün proseslərə təsir göstərir. Xüsusilə arıqlamaq istəyirsinizsə, qan testi verməklə hormonal balansın olub-olmadığını yoxlamaq daha yaxşıdır. Əks təqdirdə, harmoniyaya gedən yol çox uzun və çətin olacaq.
Publika.az xəbər verir ki, hormonları yoxlamaq üçün qan vermək kifayətdir. Eyni zamanda mümkün sağlamlıq problemlərini vizual test sayəsində öyrənə bilərsiniz. Fakt budur ki, hormonal pozuntular yağ toxumasının paylanmasına təsir göstərir. Bu təsir isə sözsüz ki, özünü birinci növbədə bədən formalarında göstərir.
- Əgər bud və ombalarda yağ yığılıbsa, sizdə yüksək estrogen və ya progesteron çatışmazlığı ola bilər. Bu, problemli bölgələrdə yağların həddindən artıq yığılmasına və maddələr mübadiləsinin yavaşlamasına səbəb olur.
- Əgər yağ qarın nahiyəsinə və yan tərəflərə daha çox yığılırsa, insulin və hemoqlobini yoxlamağa dəyər. Çox vaxt bu göstəricilər çox yeməyin nəticəsi hesab olunur, həmçinin bədəndəki yağların parçalanmasına mane olur.
- Yanaqlarda, qarında və kürəkdə yağ yığılırsa, bunun səbəbi stress hormonu - kortizolun artması ola bilər. Bunun sayəsində bədəndə yağ səviyyəsi artır. Bədən kortizol hormonlarının artmasının başqa bir əks təsiri odur ki, iştaha nəzarət etmək çətinləşir.
- Əgər yağ bütün bədənə bərabər paylanırsa, eyni zamanda sizdə ödem yaranıbsa, tiroid hormonlarını yoxlamağa dəyər. Tiroid hormonları bədəndəki bütün metabolik proseslərə təsir göstərir, odur ki, tiroid bezi ilə bağlı problemləri olan insanların arıqlaması çox çətindir.
-
Dünya02:18Vuçiç seçkilərin ilkin nəticələrini açıqladı: Məğlub olduq
-
Qoroskop01:20Günün ulduz falı: çətinliklərlə təkbaşına mübarizə aparmalı olacaqsınız
-
Avropa00:45Vuçiçin anasına hücum edən şəxs saxlanıldı
-
Nida Təhlil 00:27Ərdoğan Bakıya qarşı çıxan Oktay Saralı niyə istefaya göndərdi? - DETALLAR
-
Hadisə25 Oktyabr 21:30Deputatın oğlu həbs edildi - VİDEO/YENİLƏNDİ
-
ABŞ25 Oktyabr 21:00Bu gecə İrana zərbə endiriləcək? - Trampdan açıqlama
-
Nida Xəbər 25 Oktyabr 20:32Azərbaycanı hədələyən Oqtay Saral istefa verdi: Özündən ilk açıqlama - Yeniləndi
-
Hadisə25 Oktyabr 19:13Bakıda deputat oğlunun iştirak etdiyi dava ilə bağlı qərar: 5 nəfər həbs olundu - FOTO/YENİLƏNDİ















.jpg)
















