Gözəllik
Latın gözəlləri niyə QOCALMIR? - 6 SİRR
Bir neçə il əvvəl ABŞ-ın Kaliforniya Universitetinin alimləri apardıqları araşdırma nəticəsində bu qərara gəliblər ki, latın amerikanlar digər etnik qrupların nümayəndələrinə nisbətən daha gec qocalır və daha uzun yaşayırlar. Bunun ən yaxşı nümunəsi olan Cennifer Lopez, Şakira, Eva Mendes kimi dünya ulduzları etiraf edirlər ki, gənc və gözəl yalnız dəri yalnız genetikanın hədiyyəsi deyil, həm də diqqətli və hərtərəfli özünəqayğının nəticəsidir. Onlar qocalıq prosesini yavaşlatmaq üçün bir neçə qaydalara əməl edirlər.
Publika.az oxucuları amerikan gözəllərinin özünəqulluq sirləri ilə tanış edir.
Kakos yağı, həm qida, həm də üz və saç maskalarına əlavə olunur
Demək olar ki, hər latın amerikalı qadının evində kakos yağı var. Toyuq, balıq, tərəvəz yeməklərini kakos yağında bişirirlər, həmçinin kərə yağı əvəzinə səhər smuzilərinə və sıyığa əlavə edirlər.
Kakos yağını latın amerikalılar həm də saç və üzə qulluq məhsulu kimi istifadə edirlər. Kiçik yaşlarından qızlar kokos yağından hazırlanan maska reseptlərini öyrənirlər: onu maskalara və hazır üz kremlərinə əlavə edirlər. Kakos yağı həmçinin müstəqil kosmetik məhsul kimi istifadə olunur: dərini nəmləndirir, sızanaqları müalicə edir, dodaqların dərisini yumşaldır, hətta makiyajı da effektiv şəkildə təmizləyir.
Yeri gəlmişkən, latın amerikan qadınları saçlarının sağlamlığını və gözəlliyini kakos yağına borcludular. Ondan qızlar saç kreminin analoqu kimi istifadə edirlər. Bunun üçün kakos yağını baş dərisinə sürtün, 5 dəqiqə saxlayın və sonra adi şəkildə yuyun. Saçlarınız dərhal sağlam parıltı əldə edir, saç kökləri isə dərindən nəmlənir.
Qaşlar və kirpiklər üçün gənəgərçək yağı
Latın Amerikan gözəlləri gənəgərçək yağından təkcə yanıqları müalicə etmək və regenerasiya proseslərini sürətləndirmək üçün deyil, həm də qaş və kirpikləri uzadan stimulyator kimi istifadə edirlər. Müntəzəm olaraq təmiz tuş fırçası ilə tüklərə yağ çəkirlər ki, qaşları və kirpikləri həmişə mükəmməl vəziyyətdə olsun.
Sızanaq və dərinin ağarması üçün sarıkök maskası
Bu sarı ədviyyatı yeməklərə bol-bol əlavə edən latın amerikan qadınları ondan həm də müxtəlif dəri problemlərinin müalicəsində istifadə edirlər. Məsələn, su ilə qarışdırılmış sarıkök yağlı dərilər üçün sebum ifrazını tənzimləyən əla maskadır. Əgər ədviyyatı südlə və ya təbii qatıqla qarışdırsanız, dərini ağartmaq üçün möcüzəvi vasitəyə çevriləcək.
Yaşlanmaya qarşı serumlar yerinə aloevera
Aloe yarpaqları demək olar ki, 99 faiz sudan ibarətdir ki, bu da onları dəri üçün unikal baxım məhsuluna çevirir. Latın amerikanlar qocalma əleyhinə zərdabların əvəzi olaraq aloeverdan istifadə edirlər: sadəcə olaraq aloe yarpağını kəsir, ondan geli çıxarır və dəriyə tətbiq edirlər.
Zəncəfil qocalma əleyhinə
Latın amerikan qadınları hesab edir ki, zəncəfil qan dövranını yaxşılaşdırır, toksik maddələri tər yolu ilə bədəndən xaric edir, iltihablarla effektiv şəkilkdə mübarizə aparır və qocalmanın qarşısını alır. Onu həm yeməklərə əlavə edir, həm də çayını dəmləyib içirlər. Zəncəfil onlara ilk qırışlarla mübarizə aparmağa kömək edir, dərinin elastikliyini bərpa edir və üzün rəngini yaxşılaşdırır.
Papaya
Bu ekzotik meyvə həm çox dadlıdır, həm də sağlamlığa çox faydalıdır, xüsusən də iltihablarla mübarizədə. Papaya ilə siz dəridəki ölü hüceyrələri yumşaq bir şəkildə aşındıracaq və bərpa prosesini təşviq edəcəksiniz. Ondan evdə çox sayda maskalar hazırlaya bilərsiniz. Nəticəni görmək üçün həftədə iki dəfə papayaya əsaslanan məhsulları tətbiq etmək kifayətdir: dəri qidalanacaq, yumşaq və parlaq olacaq.
Aytən Məftun
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB22 Noyabr 21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...