Gözəllik
Qaçışdan daha təsirli: dərinin vəziyyəti yaxşılaşır və elastik olur - VİDEO
Qaçış və digər fiziki fəaliyyət növlərini sevmirsiniz, amma yenə də formada qalmaq istəyirsiniz? Səhər idmanını limfa tullanmaları ilə əvəz edə bilərsiniz, bu elementar məşq həyatınızı yaxşılığa doğru dəyişdirəcək.
Publika.az xəbər verir ki, limfodrenaj tullanma 5 dəqiqədən çox çəkməyəcək, eyni zamanda, bir neçə həftə ərzində bunu müntəzəm olaraq etsəniz, faydasını hiss edəcəksiniz. Bu elementar hərəkət həm bədənə inanılmaz enerji bəşx edir, həm də limfa axını normallaşdırmağa, bədənin və üzün şişkinliyini azaltmağa, venoz axını yaxşılaşdırmağa və orqanizmi hərəkətsizlikdən qurtulmağa kömək edir.
Limfa sıçrayışının sirri nədir və niyə qaşçışdan daha yaxşı təsirə malikdir? Məşq zamanı dabanlara və bütün bədənə vibrasiya təsiri sayəsində orqanizmi bir növ silkələyirik, bunu adətən parkda qaçarkən də hiss edirik.
Nasos prinsipi ilə tullanmaq bədəndə qan dövranını yaxşılaşdırır və mayenin çıxmasını aktivləşdirir. Bunun sayəsində dərinin vəziyyəti yaxşılaşır: daha tonlanmış və elastik olur.
Limfodrenaj tullanmalarını yerinə yetirmək üçün texnika:
Düz durun və ayaqlarınızı bir qədər aralı qoyun;
Ayaq barmaqlarınıza qalxın və eyni zamanda dabanlarınızı döşəmə səthindən bir santimetr yüksəklikdə saxlayın;
Sonra dabanlarınızla yerə yüngülcə vurun;
Başlanğıc vəziyyətinə qayıdın;
Məşqi 50-100 dəfə təkrarlayın.
Səhəri bu hərəkətlə açmağa çalışın və nəticə özünü çox gözlətməyəcək! Unutmayın ki, hərəkəti ayaqqabısız və sürətlə yerinə yetirmək lazımdır.
Aytən Məftun
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO




































.jpg)


