Gözəllik
Saçların rənglənməsində yol verilən SƏHVLƏR
Bəzi xanımlar saçlarını evdə özü rəngləməyi sevir. Lakin bu zaman onların yol verdiyi xətalar arzuolunan nəticəni əldə etməyə imkan vermir.
Publika.az oxucuları saçları ev şəraitində rəngləyərkən yol verilən əsas səhvlərlə tanış edir.
Allergiya testi etmirsiniz
Boya paketlərində saçınızı rəngləmədən öncə allergiya testi etmək tövsiyə olunur. Əlbəttə ki, müasir yüksək keyfiyyətli boyaların tərkibində hər hansı təhlükəli maddələr yoxdur, lakin fərdi allergik reaksiya ehtimalı istisna olunmur. Əgər boya sizə uyğun gəlmirsə, onun istifadəsi ən yaxşı halda qaşınma və qıcıqlanma, ən pis halda isə baş dərisinin yanması və saç tökülməsi ilə nəticələnə bilər. İstifadə etməzdən əvvəl mütləq sınaqdan keçirin: dirsəyə bir az boya çəkin, 45 dəqiqə gözləyin, sonrakı gün dərinin vəziyyətini müşahidə edin. Hər şey qaydasındadırsa, boya istifadə edilə bilər.
Boyamazdan əvvəl saçlarınızı yumaq olmaz
Boyanın dəriyə zərər verməməsi üçün baş dərisində ifraz olunan sebum vacibdir. Saçlarınızı yusanız, demək olar ki, bütün sebum baş dərisindən yuyulub gedəcək, bununla da baş dərisini qoruyucudan məhrum edirik. Təzə yuyulmuş saçlara boya çəkmək təhlükəli ola, qaşınma, qıcıqlanma, hətta allergiyaya yarada bilər. Boyanmazdan dərhal əvvəl saça həcm verən kondisionerlərin istifadəsini də unutmağa dəyər - onlar boyanın saça nüfuz etməsinə mane olan qoruyucu bir səth yaradırlar. Eyni zamanda boya çox çirkli saçlara da oturmayacaq. Boya üçün optimal vaxt son yuyulmadan 1-2 gün sonradır.
Ardıcıllığa əməl etmirsiniz
Boyanı yavaş-yavaş çəkdiyiniz üçün saçın bəzi hissələrində digərlərinə nisbətən daha çox olacağı ortaya çıxır. Və bu hissələrin seçimi təsadüfi olmamalıdır: saça zərər verməmək və vahid rəng əldə etmək üçün boyama prosesində müəyyən ardıcıllıq var. Saçınızı dörd hissəyə bölün. Əvvəlcə boyanı köklərə, sonra bütün uzunluğa, sonda isə üzün yaxınlığındakı tellərə tətbiq edin.
Vaxtı uzadırsınız
Daha zəngin bir dərin rəng əldə etmək ümidi ilə boyanı saçınızda təyin edilmiş qırx dəqiqə əvəzinə bir saat saxlamamalısınız. Bu, onsuz da effelt verməyəcək, baş dərinizə zərər verə və ya saçınızı quruda bilərsiniz ki, sonradan heç bir maska onları xilas edə bilməyəcək. Həmişə qablaşdırmadakı təlimatları diqqətlə oxuyun və boyanı istehsalçının göstərişlərinə uyğun olaraq saxlayın.
Əvvəlki təcrübəni nəzərə almırsınız
Paketin üzərindəki fotoda gördüklərinizlə eyni rəng əldə etməyi gözləməyin, xüsusən də bu sizin ilk saç boyamanız deyilsə. Saç boyaları ən gözlənilməz və həmişə xoş olmayan effekt verə bilər. Daha əvvəl xına və ya basmadan istifadə edənlər xüsusilə diqqətli olmalıdırlar. Təbii boyaların tərkibində saçda uzun müddət qalan metallar var və o, boyanın kimyəvi komponentləri ilə birləşdikdə saça mavi, hətta yaşılımtıl rəng verə bilər.
-
İdman05:45Corcinanın Ronaldo ilə bağlı bu paylaşımı gündəm oldu - FOTO
-
Dünya05:15ABŞ-ın yeni silahı İranı təşvişə saldı - Göz açmağa imkan vermir... - Video
-
ABŞ02:19Pentaqon hazırlıqlara başladı: İrana qoşun yeridiləcək
-
Qoroskop01:20Günün ulduz falı: Romantik münasibətlərdə həyəcanlı bir dövr başlayır
-
Cənubi Qafqaz20 Mart 20:44Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcüldür - Paşinyan
-
Ekologiya20 Mart 19:00Azərbaycana yaz gəldi
-
ABŞ20 Mart 18:48ABŞ olmadan NATO "kağız pələng"dir - Tramp
-
Nəqliyyat20 Mart 18:36Bakı bir gecədə niyə boşaldı? - Paytaxtı “xilas” etməyin yolları açıqlandı
















.jpg)













.jpg)



.jpg)

