Gözəllik
Ben Afflekin keçmiş həyat yoldaşı: “Güzgüyə az baxın və az düşünün”
Ben Afflekin keçmiş həyat yoldaşı, 50 yaşlı Cennifer Qarner məşhur jurnala verdiyi son müsahibədə gözəllik sirlərini bölüşüb.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, aktrisa 16 yaşlı böyük qızı Vayolet və 13 yaşlı kiçik qızı Safinaya çox düşünməməyi və güzgüyə az baxmağı tövsiyə etdiyini deyib. Onun fikrincə, əbədi gənclik və gözəllik haqqında nə qədər az düşünürsənsə, bir o qədər gözəl görünürsən və bir o qədər ləng yaşlanırsan. Onun gözəllik fəlsəfəsi sadədir: bədəni və ruhunu həddindən artıq yüklənməməli və sağlamlığınıza diqqət yetirməlisiniz, o zaman özünüzü hər zaman yaxşı hiss edəcəksiniz.

Qarner həmçinin etiraf edib ki, o, makiyajsız və saçlarını düzləşdirmədən də, öz görünüşünü bəyənir. Bunu şəxsi sosial media hesabındakı fotolar da təsdiqləyir. O, illər keçdikcə gözlərini daha ifadəli etmək üçün daha çox tuşa ehtiyac duyduğunu inkar etmir, üstəlik, dən düşmüş saçlarını rəngləməli olur, amma bunlar xırda detallardır. “13-dən 30-a” və “Elektra” filmləri ilə tanınan aktrisa botoks və plastik əməliyyat kimi radikal dəyişikliklərə hələ hazır deyil. Cennifer hesab edir ki, ona qərar vermək üçün çox cəsur insan olmalısan. Bundan əlavə, bütün riskləri ölçməli və hər hansı bir nəticəyə hazır olmalısınız, çünki yekunda planlalarınız ssenariyə uyğun getməyə bilər.

“The Spies” serialının ulduzu onu da qeyd edib ki, indi insanlar əvvəlkindən qat-qat çox güzgüyə və üzlərinə baxırlar. Ancaq yalnız görünüşlərinə diqqət yetirmək heç bir kömək edir. Halbuki ətrafa baxıb dünyanın nə qədər gözəl və heyrətamiz olduğunu görə bilərsən. Müsahibənin sonunda Qarner etiraf edib ki, əla hiss etmək, eyni zamanda gözəl görünmək üçün özümüzü olmadığımız kimi göstərməyə və makiyajın arxasında gizlənmək lazım deyil, özümüzü qəbul etmək və özümüz olmaq kifayətdir.
Aytən Məftun
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi



































.jpg)


