Əfsanəvi aktrisanı uzun illər cavan saxlayan üsullar
Bizi izləyin

Gözəllik

Əfsanəvi aktrisanı uzun illər cavan saxlayan üsullar

Odri Hepburn əfsanədir. O, təkcə çoxlu sayda mükafatı olan heyrətamiz aktrisa deyil, həm də inanılmaz dərəcədə gözəl bir qadındır. Təəccüblü deyil ki, çoxları hələ də onu gözəllik etalonu adlandırırlar. Odri yaşa dolsa da, yaxşı dərisi, minimum qırışları və incə bədən quruluşu ilə öyünə bilərdi. Hətta 60 yaşında da Odri Hepburn gözəllik və zəriflik ilahəsi hesab olunurdu. Çünki “Oskar”lı aktrisanın özünəməxsus gözəllik sirləri var idi. Məşhur aktrisa əmin idi ki, gözəllik kosmetoloqun müdaxiləsindən asılı deyil. Daxili harmoniya və özünəqulluq bütün bunlardan önəmlidir.

Publika.az oxucuları bu dəfə Odrinin gözəllik qaydaları ilə tanış edir.

Aktrisa gənc qalmaq üçün hansı üsullara əl atırdı?

Dərinin təmizliyi və elastikliyi gənc qalmanın açarıdır. Odri bunu yaxşı bilir və buna görə də mütəmadi olaraq buxar vannası qəbul edirdi. Aktrisa həftədə iki dəfə qaynar suyu qaba töküb, üzünü buxarın üzərindən tutur və başını dəsmalla örtürdü. Məlumdur ki, isti buxardan məsamələr açılır, lazımsız hər şey çıxır, dəri təmizlənir. Bundan əlavə, buxar vannası qan dövranını yaxşılaşdırır. Bir sözlə, hansı tərəfdən baxsanız, prosedur effektivdir.

Hepburn haqqında maraqlı faktlar

Ümumiyyətlə, Odridən çox şey öyrənmək olar. Aktrisanın gözəllik vərdişlərilə bağlı maraqlı faktlar çoxdur. Odri Hepburn həmişə təbiiliyi müdafiə edib, ona görə də parlaq makiyajdan qaçmağa çalışıb. Yeganə istisna qırmızı pomadadır, bunun sayəsində aktrisa “Kupodon” adlanan bir obraz yaratmışdı.

Odri kirpiklərini sancaqla ayırırdı. O, bu üsulu vizajist Alberto Rossidən öyrənmiş və o vaxtdan bəri kirpiklərini bu şəkildə bəzəyirdi. Əvvəlcə tuş çəkir, sonra sancaqla hər bir kirpiyi ayırırdı.

Odri qar kimi ağ dərisini ultrabənövşəyi radiasiyadan ehtiyatla qoruyurdu. O, həmişə şlyapa və günəş eynəyi taxırdı. Həm də Hepburn dərisinin parlaq görünməsi üçün üz kreminə bir damcı limon suyu əlavə edirdi.

O, əmin idi ki, klassik paltarlar trendlərdən daha yaxşıdır. “Qadın gözəlliyi bahalı paltarlardan, saç düzümündən və makiyajdan ibarət deyil. Əsl qadın gözəlliyi onun qəlbindən və öz sevgisini necə ötürməsindən asıldır!” , - aktrisa çıxışlarının birində dilə gətirib.

Qalın qaş formasının dəbə minməsi də onun adı ilə bağlıdır. Qadınların çoxu təkcə onun retro stilini deyil, qalın qaş modelini də bəyənərək təqlid edərdilər. Aktrisanın gözəlliklə bağlı suallara cavabları bu gün də qadınlara yol göstərir və ilham verir:

  • Gözəl və cazibədar dodaqlara sahib olmaq istəyirsinizsə, dilinizin altına qənd qoyun və şirin sözdən savayı heç bir pis sözü dilə gətirməyin.
  • Gözlərinizin gözəl olmağını istəyirsinizsə, gözəl insanlarla ünsiyyətdə olun və yaxşı dostlar qazanın.
  • İdeal bədən ölçülərinə sahib olmaq və həmişə incə görünmək istəyirsinizsə, yeməyinizi kasıb və yoxsullarla paylaşın.
  • Saçlarınızın yumşaq və gözəl olmağını istəyirsinizsə, uşaqların gündə ən azı bir dəfə saçlarınızla oymağına icazə verin.
  • Hər zaman cazibədar və cəlbdedici görünmək istəyirsinizsə, evdən çıxarkən təvazökarlığınızı da özünüzlə götürün.
  • Qadının gözəlliyi bahalı geyim və bədən quruluşu ilə ölçülmür. Onun gözəlliyi gözlərindən oxunmalıdır. Çünki gözlər qəlbə, yəni, eşqin yaşandığı aləmə gedən qapıdır.
  • Bir qadının gözəlliyi üzündəki xalları ilə daxili dünyasının genişliyi və saflığı ilə ölçülür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm