Gözəllik
Kosmetik məhsullardakı silikonun dəriyə təsiri üzə çıxdı
İndi demək olar ki, hər bir kosmetik məhsul, istər şampun, istər yuyucu gel və ya nəmləndirici olsun, “parabensiz” və “silikonsuz” istehsal olunur. Qeyd etmək lazımdır ki, parabenlər zəhərlidir, həmişə və hər yerdə, hətta yuyucu vasitələrin bir hissəsi kimi istifadə edilməməlidir. Bəs silikonların dəriyə hansı təsiri var?
Publika.az xəbər verir ki, silikonların bir çox çeşidi var və onlardan bəziləri faydalı ola bilər. Belə faydalı silikonlardan biri dimetikondur.
Dimetikon nədir və kosmtetik vasitələrdəki funksiyası nədən ibarətdir?
Dimetikon tamamilə sintetik maddədir. Gözəllik məhsullarına hamar, xoş tekstura verir və bütün inqrediyentləri birləşdirir. Dəri və ya saç üçün istifadə olunduqda, maddə səthdə nazik bir təbəqə əmələ gətirir, sözün həqiqi mənasında dəridə nəmin buxarlanmasına imkan vermir.
Bundan əlavə, plastik konsistensiyasına görə dimetikon dərinin teksturasını bərabərləşdirir və incə qırışları doldurur. Məhz bu xüsusiyyət dimetikonu praymerlərin, makiyaj əsaslarının və gündüz kremlərinin ən məşhur tərkib hissələrindən birinə çevirib. Lakin dimetikonun hamarlayıcı təsiri sırf vizualdır və dəridəki qırışlar yox olmur.
Demitikon dərinin səthində bir təbəqə meydana gətirdiyini üçün çoxları ondan imtina edir. İddia olunur ki, bu təbəqinin altında dəri “nəfəs almır”, silikonun ən kiçik hissəcikləri məsamələri bağlayır ki, bu da artıq sızanaqlara səbəb ola və ya dəriyə nüfuz etməsi zəhərli ola bilər. Lakin bütün bu fikirlər çoxdan elmi şəkildə təkzib edilib: dimetikon komedogen deyil, yəni məsamələri bağlamır və epidermisin yuxarı təbəqələrindən daha dərin bir yerə nüfuz etməsi üçün molekulyar çəkisi çox böyükdür. Dimetikon tərkibli məhsullar bütün dəri tipləri üçün istifadə edilə bilər, quru və normal dəriyə qulluq məhsullarında daha çox olur.
Dimetikon allergik olmsa da, hər hansı digər maddə kimi fərdi reaksiyalara səbəb ola bilər. Tərkibində bu maddə olan bir kremi ilk dəfə istifadə edirsinizsə, əvvəlcə az bir hissəyə çəkin və 10-15 dəqiqə gözləyin. Heç bir reaksiya yoxdursa, vasitəni təhlükəsiz istifadə edə bilərsiniz.
Aytən Məftun
-
Yaxın Şərq14:33İsrail hökumətində qarşıdurma: Netanyahu ilə onun arasında savaş gedir
-
Region13:16Paşinyanın dəmir yolu planı Moskvanı qəzəbləndirdi - Görün Lavrov necə reaksiya verdi
-
Dünya12:43Müəmma açıqlandı: Con Retkliff Moskvada Putinə sərt mesaj verdi
-
Dünya09:28Putin bu ölkədən 50 min əsgər istəyir - Yeni müharibə planı üzə çıxdı
-
Magazin208:36Məşhur aktyor ticarət mərkəzində döyüldü
-
ABŞ07:30Nahar fasiləsində 1,73 milyonluq cekpotu uddu
-
Magazin106:16Nazirlik Azərə 200 min manat ödəyəcək
-
Dünya05:15Ədən körfəzində şiddətli zəlzələ baş verdi




































.jpg)
.jpg)

