Gözəllik
Dırnaqlarınız hansı xəstəliklərdən xəbər verir?
Dırnaqlar insanın sağlamlığının göstəricisidir. Onların vəziyyəti dərinin və saçın vəziyyətilə yanaşı, ilkin mərhələdə bədəndəki daxili problemlər barədə çox şey deyə bilər. Dırnaq səthinin dəyişməsi və deformasiyası bəzən həzm, endokrin və sinir sistemlərinin xəstəliklərinin mövcudluğundan xəbər verir. Bundan əlavə, dırnaqların qırılması və ya soyulması çox vaxt orqanizmdə vitamin və mineralların çatışmazlığına işarə edir. Odur ki, bu dəyişiklikləri vaxtında fərq etmək və bərpa işinə başlamaq lazımdır.
Publika.az xəbər verir ki, tanınmış qidalanma mütəxəssisi, biokimyaçı Anna Çıtanova dırnaqlardakı problemlərin hansı xəstəliklərə işarə etdiyinə dair mühüm tövsiyələr verib.
Orta hesabla dırnaqlar həftədə 1-2 mm uzanır. Bu, baş vermirsə, deməli, bədəndə kalsium kifayət qədər deyil və ya zəifdir. Bir çox insan kalsiumun süd məhsullarında olduğunu zənn edir: kəsmik, pendir, süd. Ancaq süd məhsullarına qarşı dözümsüzlük varsa, mütəxəssislər kalsium çatışmazlığını qoz-fındıq, quru meyvələr və tərəvəzlərdən almağı məsləhət görürlər. Məsələn, badam və əncir bu makronutrientlə zəngin qidalar sırasındadır. Yeri gəlmişkən, ağ kələm və brokoli də dırnaqlar üçün faydalıdır.
Dırnaqlarda qırılma
Əllərin belə qeyri-estetik vəziyyətinin ümumi səbəbi dəri quruluğudur. Həm də fiziki amillərin təsiri nəticəsində baş verə bilər: su, məişətdə istifadə olunan yuyucu maddələr, külək, şaxta, həm də A və E vitaminlərinin çatışmazlığı.
Onların çatışmazlığını aradan qaldırmaq üçün rasionu yağ tərkibli qidalarla təmin etmək lazımdır: bitki yağları, xüsusən də kətan toxumu və küncüt, həmçinin qoz-fındıq və ya yağlı balıq.
Qidalanma ilə birlikdə əllərin dərisinin və dırnaqların da qayğısına qalmağa dəyər. Təmizlik işlərində əlcək geyin və ekoloji cəhətdən təmiz tərkibli məişət kimyəvi maddələrdən istifadə edin. Soyuq və küləkli havalarda əlcəklər geyinilməlidir. Tərkibində A və E vitaminləri olan kremlər də dırnaqların qırılmasının qarşısının alınmasında təsirli olur.

Dırnaqlarınızın ucu ağ rəngdə deyil
Dırnaq boşqabının altındakı ağ rəng formalarına görə səmadakı aya bənzəyir və hüceyrələrin oksigenlə kifayət qədər doyduğunu göstərir. Ağ rəngin olmaması müvafiq olaraq, əksini bildirir - bədəndə kifayət qədər oksigen yoxdur. Bu zaman insan tez yorulur, fiziki və zehni fəaliyyəti aşağı düşür, diqqətin konsentrasiyası pozulur. Əvvəllər aktiv olan insan halsız və ləng olur.
Bədəni oksigenlə təmin etmək üçün otağı tez-tez havalandırmaq, təmiz havada daha çox gəzmək, həmçinin B9, B12 və dəmiz vitaminlərinin səviyyəsini yoxlamaq tövsiyə olunur. Qanda bu maddələrin konsentrasiyası normadan aşağı olarsa, əlavə tövsiyələr üçün həkimə müraciət etməlisiniz.
Soyulan dırnaqlar
Dırnağın üst təbəqəsi dırnaq boşqabından ayrıla və sonra uzanma boyunca soyula bilər. Bu xəstəliyin səbəbləri kimi, zədələnməni və müxtəlif kimyəvi maddələrin dırnaqlara təsirini göstərmək olar. Ancaq bu variantların heç biri baş verməyibsə, həzm sisteminin xəstəliklərini və onları izləyən metabolik pozğunluqları yoxlamağa dəyər.
Yalnız uzanan hissə soyulursa, əsas səbəb bədəndə kalsium və protein çatışmazlığıdır. Düzgün qidalanma onların çatışmazlığını aradan qaldırmağa kömək edəcək.
Aytən Məftun
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO






















.webp)













.jpg)


