Gözəllik
Uşaq kremlərindəki BÖYÜK TƏHLÜKƏ
Bir çox qadın uşaq kremlərini və körpələr üçün nəzərdə tutulan digər qulluq vasitələrini bahalı vasitələrdən üstün tutur və bunu dostlarına tövsiyə edirlər. Kosmetoloqlarsa bu məhsulların güclü xüsusiyyətləri haqqında fikirləri təsdiqləmir. Əksinə, böyüklərin uşaq kosmetikasından istifadə etməsinin təhlükəli olduğunu iddia edirlər. Kosmetoloqların fikrincə, uşaq kosmetikası yetkin dəriyə qulluq üçün uyğun deyil.
Publika.az xəbər verir ki, buna əsas arqument kimi, onlar körpələrin və böyüklərin fərqli pH balansına malik olmasını göstərir. Bizdə pH 5,5, uşaqlarda isə 7,7-dir. Odur ki, zərif körpə dərisinə qulluq vasitələrində intensiv qidalanma üçün mineral yağlar və vazelin var. Vazelin körpələrə zərər vermir, çünki onların praktiki olaraq heç bir məsamələri yoxdur, amma böyüklərin dərisi bu cür məhsullardan istifadə edildikdə həqiqətən çox əziyyət çəkə bilər. Bundan əlavə, uşaq kremlərini təşkil edən komponentlər dərimizdə qalın bir təbəqə yaradır ki, bu da məsamələrin tıxanmasına və yağ bezlərinin stimullaşdırılmasına səbəb olur. Onların istifadəsi nəticəsində dərinin qabıqlanması, soyulması, hətta dermatit yarana bilər.
Uşaq kosmetikasında yetkin dəri üçün lazım olan əlavələr də yoxdur. Məsələn, yaşlanma əleyhinə antioksidantlar, su balansını bərpa etmək üçün hialuron turşusu və dərini ölü hüceyrələrdən təmizləmək üçün aşındırıcı maddələr.
Uşaq bədən südü, yağ və sabunlarının da müntəzəm istifadəsi böyüklər üçün uyğun deyil. Onlar səthdə əlavə qorunma yaradır və məsamələri bağlayır. Uşaq şampunları da bizim üçün təsirli deyil. Belə şampunlar başdakı yağlılığı, kir və kəpək qalıqlarından yaxşı təmizləyə bilmirlər.
Uşaq diş pastasından istifadə etmək də mənasızdır. Bu məhsullar aşağı aşındırıcılıq və zəif flüor tərkibi ilə xarakterizə olunur. Belə bir pasta böyük insanda diş minasını zəif minerallaşdırır və ərpin öhdəsindən gəlmir.
Aytən Məftun
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 21 Oktyabr 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika21 Oktyabr 17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı
-
Region21 Oktyabr 16:38Ermənistanla Azərbaycan arasında sərhəddə nə baş verir? - Mirzoyandan diqqətçəkən mesaj


































