Gözəllik
Yaşlılıq ləkələrini necə yox etmək olar?
Hər nə qədər günəşdən qoruyucu kremlərdən istifadə etsəniz də, bu sizi ləkələrdən siğortalaya bilməz. Çünki bəzi insanların dərisində yaşlılıqla bağlı olaraq ləkələr meydana gələ bilir. Bu, daha çox genetik olaraq keçir. Dəridəki ləkələri yox etmək elə də asan deyil, ancaq çarəsi olmayan bir problem olduğunu da deyə bilmərik.
Yaşlılıq ləkələrini yox edən bahalı kremlərdən istifadə etmək olar. Lakin təbii məhsullara üstünlük verənlər üçün də bəzi reseptlər mövcuddur.
Publika.az dəri ləkələrini qısa zamanda azaldan təbii üsulları təqdim edir:
Yaşlılıq ləkələri adətən, üz, boyun, sinə, çiyin bölgəsində və əllərdə meydana gəlir.
Stress, vitamin əskikliyi kimi səbəblərdən yaşlılıq ləkələri daha da çoxala bilər. Aşağıdakı reseptləri sınaqdan keçirin!
Limon suyu
Ləkə olan nahiyələrə limon suyu çəkib 20-30 dəqiqə gözləyin. Daha sonra həmin bölgəni ilıq suyla yuyun.
Həmçinin, limon suyu ilə gül suyunu balla qarışdırıb ləkələrin üzərinə çəkmək də yaxşı təsir göstərə bilər.
Gənəgərçək yağı
Gənəgərçək yağı yaşlılıq ləkələrindən xilas olmaq üçün ən təsirli vasitələrdən biridir.
Bu yağ ləkələri azaldır və onların rəngini açır.
Ləkə olan yerlərə bu yağ ilə masaj edib bir neçə saat gözləyin.
Ləkələrdən xilas olmaq üçün 2-3 ay, gündə 2 dəfə gənəgərçək yağından istifadə etmək lazımdır.
Sarıkök
2-3 xörək qaşığı noxud unu 1 çay qaşığı zeytun yağı, yarım çay qaşığı süd, yarım çay qaşığı sarıkök, limon və ya xiyar suyunu qarışdırıb maska hazırlayın.
Bu maskanı ləkəli bölgələrə çəkib qurumağını gözləyin. İlıq su ilə təmizləyin. Həftədə 1-2 dəfə proseduranı təkrarlayın.
Alma sirkəsi
Alma sirkəsi ölü hüceyrələrini təmizləyir. Tərkibindəki turşular dərini təzələyir və sağaldır.
Suyla yarı-yarıya qarışdırdığınız alma sirkəsini pambığa töküb ləkələrə çəkin. 20-30 dəqiqə gözləyib yuyun.
Ləman Sultan
-
Region21:12İranın neft naziri istefa verdi
-
Qoroskop20:48Oktyabrın ən şanslı bürcü
-
Cənubi Qafqaz20:24Paşinyan bu dəfə Lusadzorda tualetə su tökdü - VİDEO
-
ABŞ20:12Edam baş tutsaydı, tarixə düşəcəkdi - İki ölümcül iynəyə tab gətirən qadından xəbər var
-
İdman19:48Ayxan Abbasovdan qələbə açıqlaması: "Bacardıqlarından daha yaxşı çıxış etdilər"
-
Sosial19:36Ərindən boşanmaq istədiyi üçün öldürülən qadının FOTOSU
-
İdman19:00Millimiz Litvaya qalib gəldi - YENİLƏNDİ
-
MDB17:00Kəşfiyyatdan şok məlumat: Rusiyanın minə yaxın ballistik raketi var

































.jpg)