Gözəllik
Bahar makiyajı üçün necə pomada seçməliyik? - FOTOLAR
Pomada elə bir vasitədir ki, onunla obrazı tamamilə dəyişmək, hətta əhvalı qaldırmaq mümkündür. Aşağıdakı məsləhətlər bahar mövsümündə ideal pomada seçməyə və qüsursuz görünmək istəyən xanımlara kömək edəcək.
Yeni mövsümdə məhz pomada gözəlliyi vurğulayan əsas vasitə olmalıdır. Balzamlar və dodaq kremləri ikinci planda qalır. Yaz makiyajı qış makiyajından təkcə rənginə görə deyil, həm də teksturasına görə fərqlənir. Tutqun və parlaq dodaq boyaları yerini kremli və neytral teksturalara veriblər. O, daha yüngül və açıq çalarda olur.
Publika.az baharda dəbdə olan pomadalara aid bir neçə nümunə seçib.
Neytral tonlar
Dodaqların təbii makiyajı yeni mövsümün əsas tendensiyalardan biridir. Obrazların yaradılmasında vizajistlər dodaqlarda təbii effektə nail olmağa çalışırlar. Açıq rəngli pomadaların köməyi ilə dodaqlara güclə sezilə bilən təbii rəng vermək olar. Xatırladaq ki, bütün neytral çalarlar dodaqların təbii rənginə oxşar olduğu üçün hər kəsə yaraşır.
Əgər trendlərlə ayaq uydurmağa qərar vermisinizsə, o halda dodaq makiyajı yüngül və sadə olmalı, həmçinin təravət hissi yaratmalıdır. Kontur karandaşdan yalnız qırmızı və tünd çalarlarda pomada çəkən zaman istifadə olunmalıdır. Çünki bu rənglər ideal "çərçivə" tələb edir.
Moruq rəngləri
Yazın növbəti tendensiyası moruq rəngli dodaqlardır. Çəhrayı çalar yazın əvəzolunmaz trendidir. Mat pomadaya daha çox üstünlük verin. Çünki dodaq parıltısı bu yaz elə də populyar deyil.
Parlaq tonlar
Yaz və yay aylarında parlaq tonlar aktual deyil. Lakin brendlər parlaq tonlardan vaz keçə bilməyənləri unutmayıb. Yeni mövsümün dəb tendensiyaları haqqında müəyyən təsəvvürə malik olan xanımlar yaxşı bilir ki, sadə geyimləri parlaq dodaq boyaları bəzəyəcək. Gözəl yaz obrazı yaratmaq üçün dodaqları parlaq rənglərə boyamaq kifayətdir.
Makiyajda parlaq boyalardan istifadə olunubsa, vizajistlər bu zaman tuşdan imtina edirlər. Lakin bu makiyajı mənalı göstərmək üçün qalın və səliqəli qaşlara ehtiyac var.
Aytən
-
Avto03:18Azərbaycanda avtomobillərin qiyməti artacaq? - Video
-
Qoroskop01:40Günün ulduz falı: Bürclər yeni həftəyə necə başlayacaq?
-
ABŞ00:23ABŞ Lark adasına hücum etdi - Ölənlər və xəsarət alanlar var
-
Ekologiya30 Avqust 20:04Hava ilə bağlı daha bir xəbərdarlıq: sentyabrın 1-dək...
-
Avropa30 Avqust 19:26Şimali Kiprdə batan bərədə azərbaycanlılar da olub - Yeniləndi
-
Hadisə30 Avqust 19:00Valideynləri cehiz almağa getdi, 17 yaşlı qız sığınacağa üz tutdu
-
Qarabağ 30 Avqust 17:32Azərbaycanın ilk hərbi pilotlarından idi - Ailəsi hələ də onun yolunu gözləyir
-
Hadisə30 Avqust 16:35Psixoloq azyaşlıya zorakılıq etdi, polis araşdırmaya başladı - VİDEO












.jpg)

.jpg)























.jpg)
