Gözəllik
Üz zərdabları haqqında bilməli olduğunuz hər şey
Dəriyə qulluq üçün sadəcə, nəmləndirici kremlərdən istifadə etmək kifayət deyil. Dərini yaxşı təmizləmək, günəşdən qoruyucu kremlər çəkmək və ən əsası, 28 yaşdan sonra zərdablara müraciət etmək lazımdır.
Son illər baxımlı qadınların ən böyük gözəllik sirri zərdablardır.
Ancaq unutmaq olmaz ki, kremlər kimi zərdablar da dəri tipinə, üzdəki problemlərə uyğun seçilməlidir.
Zərdabların müxtəlif növləri mövcuddur. Yaşlanma əleyhinə olanı da var, qırışları açanı da... Həmçinin dərini yeniləyən, qidalandıran, möhkəmləndirən, ləkələri yox edən zərdablar da mövcuddur.
Bəs, ən yaxşı zərdabları hansı brendlər istehsal edir?
Publika.az xarici mətbuata istinadən bu sualın cavabını təqdim edir:
Gecə baxımı üçün ən təsirli zərdablar:
“Kiehl’s” brendinin “Midnight Recovery Concentrate” adlı zərdabı
“Estee Lauder”in “Advanced Night Repair Synchronized Recovery Complex II” adlı zərdabı
“Ole Henriksen” markasının təqdim etdiyi “ Invigorating Night Treatment” adlı zərdab
“Chanel”in “La Nuit de Chanel: Evening Recharging Face Care” adlı zərdab
Dəriyə aydınlıq və elastiklik verən zərdablar:
“Ole Henriksen” firmasının istehsalı olan “Truth Serum Vitamin C Collagen Booster” adlı zərdab
“Caudalie” brendinin “Vinoperfect Radiance” adlı zərdabı
“Dior”un “Capture Totale Dreamskin” adlı zərdabı
“Fresh” markasının təqdim etdiyi “Rose Hydrating Face” adlı zərdab
“Aesop”un “Parsley Seed Anti-Oxidant” adlandırılan zərdabı
Qırışlardan əziyyət çəkənlərə isə aşağıdakı zərdablar tövsiyə edilir:
“Algenist”dən “Retinol Firming & Lifting” zərdabı
“DERMAdoctor” markasının “KAkadu C” adlı zərdabı
“Clarins”in “Double Serum Complete Age Control Concentrate” adlı məhsulu
“Clinique”in təqdim etdiyi “Repairwear Laser Focus” adlı zərdab
Ləkələr üçün çarə axtaranlar isə aşağıdakı zərdablara müraciət etməlidirlər:
“Clinique” brendindən “Even Better Clinical Dark Spot Corrector” adlı zərdab
“Murad”dan “Rapid Age Spot and Pigment Lightening” zərdab
“Verso Skincare” markasının “Dark Spot Fix” zərdabı
“Kiehl’s”in “Clearly Corrective Dark Spot Solution” zərdabı
Qeyd edək ki, zərdabı təmiz üzə, losyondan sonra, nəmləndirici kremdən öncə çəkmək lazımdır. Zərdab çəkərkən sadəcə üzünüzlə kifayətlənməyin. Məhsulu boyun və sinə dərisinə də çəkərək masajla yedizdirin. Üz, boyun və dekolte üçün ümumilikdə, yarım çay qaşığı zərdab kifayət edər.
Ləman Sultan
-
Rəsmi xronika10:28İlham Əliyev onlara müraciət ünvanladı
-
Avropa10:18Ya ac qalmalısan, ya da donmalısan: 50 milyon insan hansını seçəcək?
-
Dünya09:30ABŞ-dan Körfəz ölkələrinə xəbərdarlıq: İranla ağır müharibə yenidən başlayacaq, hazırlaşın
-
Səhiyyə09:00Diş minasını ən çox bu içkilər zədələyir - Stomatoloq açıqladı
-
Magazin206:16Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO





























.jpg)










