Gözəllik
Təbii üsullarla saçı uzatmağın yolları
Saçlarını uzatmaq üçün salonlara müraciət edənlər kifayət qədərdir. Saç qaynağı etdirməyə imkanı olmayan isə saçı uzatmaq üçün nəzərdə tutulan müxtəlif kosmetika məhsullarına müraciət edirlər. Ancaq təbii üsullarla da saçı uzatmaq mümkündür.
Publika.az hər evdə tapılan məhsullarla saç uzatmağın yollarını araşdırıb.
Kahıdan faydalanın
1 ədəd dilimlənmiş turpla 4 kahı yarpağını 1 litr suda qaynatdıqdan sonra suyunu süzüb saçınıza çəkin. 1 saat sonra saçınızı durulayın. Kahının tərkibindəki E vitamini saçların sürətlə uzanmasına səbəb olacaq.
Badam yağıyla saçları uzadın
Bir qaşıq badam yağıyla sarımsaq yağını qarışdırın. Saçlarınıza masaj edərək saç diblərinə yedizdirin. 20 dəqiqədən sonra südlə saçları yuyub, daha sonra suyla durulayın. Həftədə 1 dəfə bu proseduranı təkrarlayın. 1 ayda saçlarınızın necə uzandığını görəndə heyrətə düşəcəksiniz.
Alma sirkəsiylə saçlar sürətlə uzanır
2 stəkan suda kəklikotunun qaynadın. Daha sonra həmin suya rozmarin, 2 xörək qaşığı zeytun yağı və 1 stəkan alma sirkəsi əlavə edib qarışdırın. Saçınıza masaj edərək bu qarışımı dəriyə yedizdirin. 45 dəqiqə gözlədikdən sonra saçınızı durulayın. Bu qarışım saç köklərini gücləndirib, hüceyrələrin yenilənməsini təmin edir. Bu da saçların uzanma sürətini ən az iki dəfə artırır.
Turp da saçı uzada bilir
1 ədəd turpu rəndələdikdən sonra qaynayan suyun içinə tökün. Suyun içərisinə 3 ədəd kahı yarpağı da əlavə edin. 3 dəqiqə sonra ocağın üzərindən götürün. Suyu süzüb saçlara çəkin. Həftədə bir dəfə tətbiq edin.
Saçları uzadan lavanda
Qaynamış suyun içərisinə bir miqdar lavanda əlavə edib dəmləyin. Yuyulub təmizlənmiş saçı bu suyla durulayın. Həftədə iki dəfə proseduranı təkrarlayın.
Ləman Sultan
-
Rəsmi xronika1 İyul 23:15Əliyev və Lyayen mətbuata bəyanatlarla çıxış etdilər - Video/Yeniləndi
-
Kriminal1 İyul 22:18İqbal Ağazadənin adından mesajlar göndərib pul istəyirlər... - Polis araşdırma aparır
-
Region1 İyul 21:13Türkiyəyə yenə PUA atıldı - Bu ölkəyə məxsusdur
-
Magazin21 İyul 20:48Xalq artisti qızına 2 gün toy edəcək
-
Magazin21 İyul 19:10Bu ölkə “Avroviziya”da ilk dəfə iştirak edəcək
-
Kriminal1 İyul 19:00Sevgilisinin yeni həyat vədinə aldanan azərbaycanlı qızın meyiti tapıldı - Foto
-
Region1 İyul 17:36Ermənistanın Türkiyə ilə sərhəd planı: Görün ilk kimlər keçəcək
-
Dünya1 İyul 15:46NATO bu ölkəni "bir nömrəli düşmən" elan etdi - Yeni strategiya işə düşür





































