Gözəllik
Yağlı dərilər üçün ən yaxşı kosmetika məhsulları - FOTOLAR
Bir çox qadının ən böyük problemlərindən biri məhz yağlı dəridir. Yağlı dəri digər dəri tipləri ilə müqayisədə daha çox qulluq tələb edir. Daim yağı nəzarətdə saxlamalısınız. Əks təqdirdə, qara nöqtələr və sızanaqlar dərinizi bərbad hala sala bilər.
Publika.az bunu nəzərə alaraq yağlı dərililər üçün ən yaxşı kosmetika məhsullarını araşdırıb.
Üz baxımında və makiyajda bu məhsullara üstünlük versəniz, artıq üzünüz əvvəlki kimi yağlanmayacaq. Məsamələr daraldığı üçün qara nöqtə və sızanaqlara əlvida deyəcəksiniz.
Yağlı dərini nəmləndirmək üçün “Nars”ın “Aqua Gel Oil-Free Moisturizer” adlı kremi məsləhət görülür.
“Shiseido” brendinin “Pureness Moisturizer Oil-Free” adlı kremi də yaxşı alternativdir.
Unutmayın ki, dərinin yağlı olması, hələ onun nəmlə təmin olunduğu anlamına gəlmir. Odur ki, nəmləndirici krem çəkməkdən imtina etməyin.
Makiyaja baza kremiylə başlayın. Baza üçün “Smashbox’s”un istehsal etdiyi “Photo Finish Foundation Primer Light” ideal seçimdir. Bu məhsul tonal kremdən öncə çəkilir və dərini mükəmməl, qüsursuz hala gətirir.
Üstəlik, eyni vəzifəni görən digər baza kremlərindən fərqli olaraq məsamələri qapamır. Gün boyu yağı nəzarətdə saxlamağa imkan verir.
Yağlı dəriyə sahib olanlar tonal kremi ehtiyatla seçməlidirlər. Belələri üçün “Marc Jacobs”un “Genius Gel Super-Charged Oil-Free Foundation” adlı məhsulu ən yaxşı variantdır. Ancaq həm yağı nəzarətdə saxlamaq, həm də təravətli və az parıltılı bir dəriyə qovuşmaq istəyirsinizsə, “Laura Mercier”in “Silk Crème Oil-Free Photo Edition Foundation” adlı məhsulunu seçin.
Düzdür, yağlı dəriyə sahib olanlarda belə göz ətrafı kifayət qədər quru ola bilir. Ancaq yenə də tərkibində yağ olan kosmetika məhsullarından uzaq durmaq lazımdır. Çünki onlar göz ətrafında kiçik yağ toxumalarının yaranmasına səbəb ola bilirlər. Kənardan ağ rəngli xırda səpkilər kimi görünən bu toxumaları yox etmək isə demək olar ki, mümkünsüzdür. Ona görə də göz ətrafındakı qara halqaları gizləmək və digər problemləri aradan qaldırmaq üçün ən ideal vasitə “Make Up For Ever’s”in “HD Invisible Cover Concealer” hesab edilir.
Pudrasız makiyaj olmaz. Yağlı dərililər isə pudra seçərkən diqqətli olmalıdırlar. Pudra dərinin hava almasına mane olmamalı, məsamələrin içərisinə dolmamalıdır. Bunun üçün “Maybelline”in “Oil-Control Loose Powder”ı və “Estee Lauder”in “Double Matte” adlı pudrası tövsiyə edilir.
Makiyaj edərkən yanaqlara da rəng veririk. Ancaq yağlı dərililərdə bu çox vaxt yanaq bölgəsində çoxlu qara nöqtələrin yaranmasına səbəb olur. Ona görə də tərkibi yağlı dəriyə uyğun olan ənliklərə üstünlük verilməlidir.
Bu sahədə “Lancome” brendinin “Blush Subtil” adlı ənliyinin rəqibinin olmadığı deyilir.
Yay aylarında qaraldıcı vasitələrdən istifadə etmək istəyə bilərsiniz. Ancaq belə məhsulların çoxu dərinin daha çox yağlanmasına səbəb olur. Bu sahədə də “Lancome” brendindən kömək almağınız məsləhətdir.
Ləman Sultan
-
ABŞ05:15Trampın paylaşdığı video olay oldu
-
Qoroskop03:43Bürclər bu günə nə deyir? - Qoroskop
-
Dünya00:23Hava zərbələri bir həftə davam edə bilər... - SEPAH nə planlayır?
-
Dünya00:05İran İsrailə hava zərbələri endirdi
-
Cənubi Qafqaz7 İyun 21:15Paşinyanın partiyası seçkilərdə səslərin neçə faizini topladı? - Ekzit-poll nəticələri
-
Dünya7 İyun 19:13Bu, hər kəs üçün qlobal kabusa çevriləcək - Hakan Fidan
-
Hadisə7 İyun 18:12Azərbaycanda zəlzələ oldu
-
Sosial7 İyun 17:44Azyaşlının əlillik müavinəti hər il kəsilir - VİDEO






































