Gözəllik
Qaşları alınmayan ən gözəl qadınlar - FOTOLAR
Qaşlar qadın simasına ifadə verən və diqqət çəkən üz cizgiləridir. Dəbin tez ötüşən trendləri getdikcə bizə təbii olmağı tövsiyə edir. Bu təbiilik qaşlarda da öz sözünü deyir. Artıq neçə ildir ki, təbii qalın qaş dəbdədir. Qeyd edim ki, qalın qaşlar 50 və 80-cı illərdə də dəbə minmişdi. O dövrün bir çox tanınmışları qalın qaşları ilə məşhurlaşmışdı. Bir sözlə, bu mövsüm qaşların ciddi redaktəyə ehtiyacı yoxdur.
Odri Hepber. 1950-ci illərin stil ikonu olan Odri Hepberin gözəllik trendlərinə də təsir göstərmişdi. Ordi Hepberinin dillərdə dolaşan qalın qaşları hələ də xatirələrdən silinməyib. Qalın qaş dəbinin onun adı ilə bağlı olduğunu deyə bilərik. Bəzi makiyaj ustaları və dəb mütəxəssisləri onun qalın qaşlarını tənqid etsə də, aktrisa qaşlarını naziltmir. Əksinə, qələm vasitəsi ilə onu daha da qalınlaşdırmağa cəhd edirdi.

Merlin Manro. Merlin Manronun qaşları heç vaxt qalın olmayıb. Ancaq üzünə yaraşan gözəl qaşları var idi. Makiyaj hiylələri ilə qaşları daha da gözəlləşdirirdi. O dövrlərdə aypara formasında qaşların aktual olmasına məhz o səbəb olmuşdu.

Brok Şilds. Qalın qaş dedikdə ağla ilk gələn isimlərdən biridir. Təbii gözəlliyini heç nəyə dəyişməyən ulduz qaşları ilə məşhurlaşmışdı. Qaşına maqqaş dəymədiyi hiss olunur. Gözəl mavi gözləri ilə qalış qaşları bir-birini ələ şəkildə tamamlayır.

Madonna. Vaxtı ilə Madonnanın da qaşları çox gözəl olub. Təəssüf ki, qaşlarını nazikləşdirməyə qərar verir. Qalın qaşlardan isə əsər-əlamət qalmır.

Sofi Loren. 50 və 60-cı illərin makiyaj dəbinə damğa vuran aktrisalardan biridir. Onun da qaşları makiyaj trendlərinə təsirsiz ötüşməmişdi.

Sindi Krouford. Unudulmaz top modellərdən olan Sindi Krouford karyerasının ilk illərində qalın qaşlara üstünlük verirdi.

Natali Portman. Qalın qaşları olmasa da, çox bəyənilən xanımdır. Düzgün üz cizgilərinə uzun qaşları çox yaraşır.

Kara Delevin. Son zamanlar moda dünyasının kraliçasına çevrilən, Karl Laqerfeldin sevimlisi Kara Delevin də qalın qaşları sevir. Müasir dövrdə qalın qaşların yenidən gündəmə gəlməsinin əsas səbəbkarlarından biridir.

-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 26 Oktyabr 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika26 Oktyabr 13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı















.jpg)






















