Gözəllik
Gözəlliyin sirri yaşıl rəngdə gizlənibmiş
Dəri və saç gözəlliyi üçün təbiətin bəxş etdiyi yaşıl rəngli möcüzələrdən istifadə etməlisiniz. Çünki yaşıl rəngli meyvə və tərəvəzlər əsl gənclik iksiridir.
Publika.az saç və dərini gözəlləşdirən yaşıl rəngli faydalı meyvə-tərəvəzləri və onlardan istifadə qaydalarını təqdim edir:
1. Yaşıl çay
Yaşıl çayda çoxlu antioksidantlar və kofein var. Bu da həmin çayın həm sağlamlıq, həm də gözəllik üçün faydalı olduğunu göstərir.
Yaşıl çayı dəmləyib soyuducuda saxlayın. Lazım olduqda çıxarıb üzünüzü bu çayla silin. Yaşıl çay məsamələri daraldır və üzdəki qızartını aradan qaldırır.
2. Xiyar
Gözaltı torbalardan və şişkinlikdən sizi xilas edə biləcək ən təsirli vasitə xiyardır.
Tərkibində bol miqdarda antioksidantlar olan xiyarı əzib göz ətrafına çəkib və 5 dəqiqə saxladıqdan sonra soyuq suyla yuyun. Həftədə 3 dəfə tətbiq etmək olar.
3. Zeytun yağı
Zeytun yağı həm dəri, həm də saç gözəlliyi üçün faydalıdır.
Evdə hazırladığınız saç və üz maskalarının tərkibinə 1 çay qaşığı əlavə edin. Əgər quru dəriyə sahibsinizsə, üzünüzü zeytun yağıyla silə bilərsiniz.
4.Kivi
Daha təravətli və gənc bir dəri üçün kivi maskasından istifadə etməlisiniz.
Kivini əzib qatıq və kokos yağıyla qarışdırıb üzünüzə çəkin. 10 dəqiqə sonra ilıq suyla üzünüzü yuyun.
Bu maska dərini qidalandırır. Kivinin tərkibindəki A və C vitaminləri dərini qısa müddətdə yeniləyir.
Kivini dəri tipinizə uyğun olan başqa məhsullarla da qarışdırıb istifadə edə bilərsiniz.
5.Üzüm
Üzüm dərini yaşlanmağa qoymur. Bal və qatıqla qarışdırıb istifadə etmək olar. Xüsusilə, yağlı dəriyə sahib olanlar bu maskadan faydalana bilərlər.
6. Yaşıl limon
Üz üçün istifadə etdiyiniz təbii maskaların tərkibinə yaşıl limon suyu əlavə etsəniz, pis olmaz. Üstəlik, yaşıl limon bütün dəri tiplərinə fayda verir.
Limon ölü dəri hüceyrələrini təmizləyir, dərinin tonusunu artırır.
7. Qovun
Yaşıl qabıqlı qovun da antioksidant baxımından zəngindir. Eyni zamanda, tərkibindəki bol miqdarda C vitamini yaşlanmağın qarşısını alır.
Bütün dəri tipləri qovundan faydalana bilər. Onu əzib püre halına gətirdikdən sonra üzə çəkmək olar.
8. Nanə
Nanə, xüsusilə, dəridəki qızartılara qarşı təsirlidir. Suyunu çəkib üzə çəkmək olar. Gülabla qarışdırıb çəkəndə isə faydası birə-beş artır.
9.Avokado
Yarım avokado, bir yumurtanın sarısı, bir çay qaşığı bal və bir xörək qaşığı zeytun yağını qarışdırıb saçınıza çəkə bilərsiniz. Bu maska haçalanmış saç uclarını bərpa edir. Boyadan və digər kimyəvi proseduralardan korlanmış saçı qidalandırıb gücləndirir.
Maskanı 30 dəqiqə saxlayıb ilıq suyla saçları durulamaq lazımdır.
Ləman Sultan
-
Qoroskop03:43Bürclər bu günə nə deyir? - Qoroskop
-
Dünya00:23Hava zərbələri bir həftə davam edə bilər... - SEPAH nə planlayır?
-
Dünya00:05İran İsrailə hava zərbələri endirdi
-
Cənubi Qafqaz7 İyun 21:15Paşinyanın partiyası seçkilərdə səslərin neçə faizini topladı? - Ekzit-poll nəticələri
-
Dünya7 İyun 19:13Bu, hər kəs üçün qlobal kabusa çevriləcək - Hakan Fidan
-
Hadisə7 İyun 18:12Azərbaycanda zəlzələ oldu
-
Sosial7 İyun 17:44Azyaşlının əlillik müavinəti hər il kəsilir - VİDEO
-
Magazin27 İyun 17:06Aleyna Solaker Berkə ərə gedir







































