Gözəllik
Kəpək əleyhinə ən effektli vasitə: duz maskası
Kəpək daha çox kişiləri narahat edən problem olsa da, əsas səbəbi dəri quruluğu və ölü dəri hüceyrələri olan bu problemdən əziyyət çəkən qadınların da sayı kifayət qədərdir. Kəpəyin yaratdığı ən böyük narahatlıq isə ondan xilas olmağın çətinliyi ilə yanaşı, həm də verdiyi psixoloji gərginlikdir. Belə ki, kəpəkdən xilas ola bilməyən insanlar gündəlik həyatda özlərini daim narahat hiss edirlər. Onlar tünd rəngli geyimlərdən imtina etməli olur, daim kəpəyin hiss olunmamasını təmin edəcək tədbirlər fikirləşirlər. Bu da onlarda əlavə gərginliyə və stressə səbəb olur.
Satışda kəpək əleyhinə bir çox şampun və digər vasitələr olsa da, onların çoxu istənilən nəticəni vermir.
Ancaq kəpəkdən xilas olmaq imkansız deyil. Çünki evdə asanlıqla hazırlaya biləcəyiniz kəpək maskasıyla qısa zamanda kəpəksiz və sağlam saçlara qovuşa bilərsiniz. Məsələn, duz maskası bu problemin çözümü ola bilər.
Odur ki, Publika.az duz maskasının faydalaırnı və tətbiq edilmə üsullarını araşdırıb. Məlum olub ki, duz kristalları təbii skrab kimi təsir edərək dəridəki artıq yağ və ölü dəri hüceyrələrini təmizləyir.
Beləliklə, şampunun dəriyə daha yaxşı nüfuz etməsini və daha effektli olmasını təmin edir.
Ona görə də, kəpək əleyhinə şampunu istifadə etməzdən öncə 3 xörək qaşığı duzla islaq və ya quru saç diblərini masaj edin. 2-3 dəqiqə gözləyib, saçları durulayın, daha sonra isə kəpək əleyhinə olan şampunla saçınızı yuyun.
Ləman Sultan
-
Avto03:18Azərbaycanda avtomobillərin qiyməti artacaq? - Video
-
Qoroskop01:40Günün ulduz falı: Bürclər yeni həftəyə necə başlayacaq?
-
ABŞ00:23ABŞ Lark adasına hücum etdi - Ölənlər və xəsarət alanlar var
-
Ekologiya30 Avqust 20:04Hava ilə bağlı daha bir xəbərdarlıq: sentyabrın 1-dək...
-
Avropa30 Avqust 19:26Şimali Kiprdə batan bərədə azərbaycanlılar da olub - Yeniləndi
-
Hadisə30 Avqust 19:00Valideynləri cehiz almağa getdi, 17 yaşlı qız sığınacağa üz tutdu
-
Qarabağ 30 Avqust 17:32Azərbaycanın ilk hərbi pilotlarından idi - Ailəsi hələ də onun yolunu gözləyir
-
Hadisə30 Avqust 16:35Psixoloq azyaşlıya zorakılıq etdi, polis araşdırmaya başladı - VİDEO





































.jpg)
