Gözəllik
Yaşıl çayın yağı da möcüzə imiş
Yaşıl çayın sağlamlıq üçün çox faydalı olduğunu artıq bilməyən yoxdur. Bir çox insan sağlam həyat tərzini seçdiyi üçün qara çay əvəzinə yaşıl çaydan istifadə edir.
Yeni aparılan araşdırmalar göstərib ki, yaşıl çayın yağı da ən az çayı qədər faydalıdır. Ancaq yaşıl çayın yağının faydalarından sağlamlıqdan çox gözəllik sektorunda istifadə edilir.
Publika.az bu möcüzəli yağın faydalarını araşdırıb:
Yaşıl çayın yağı dərinin nəmlənməsini təmin edir, qırışları azaldır, sızanaqların meydana gəlməsinin qarşısını alır. Antioksidantlarla zəngin olduğu üçün dərinin yenilənməsini təmin edir.
Dərinin qüsursuz görünməsinə səbəb olur.
Bəs yaşıl çayın yağından necə istifadə etmək olar?
Yaşıl çayın yağı aromaterapiya və masaj üçün istifadə edilən təbii yağlardan biridir. Eyni zamanda stress səbəbi ilə baş verən xroniki yorğunluq, əzələ ağrıları zamanı da təsirlidir.
Hava çirkliliyi, stress, günəş, istilik dərini yağlandırır və dəri toxumalarını məhv edir.
Yaşıl çayın yağı bu mənfi faktorların dəri üzərindəki təsirlərini yüngülləşdirir.
Həddindən artıq yağlı və ya quru dərilərdə nəm nisbətini balanslaşdıraraq dərini yumşaldır. Yaşıl çayın yağı dərinin tipini normallaşdırır, onu ölü dəri hüceyrələrindən təmizləyərək sızanağa səbəb olan bakteriyaları azaldır.
Yaşıl çayın yağı saçlar üçün də faydalıdır. Saç dərisini yağdan təmizləmək və nəmləndirmək üçün yaşıl çayın yağından istifadə etmək olar. Yağ olmasına baxmayaraq, saçı yağlandırmır, əksinə saç dərisinin yağlılığını azaldır.
Ekzema kimi dəri xəstəlikləri zamanı da yaşıl çayın yağından istifadə etmək tövsiyə edilir.
Bu yağ qaşıntının və dərinin qabıqlamasının qarşısını alır.
Ləman Sultan
-
Magazin220:48Xalq artisti qızına 2 gün toy edəcək
-
Rəsmi xronika19:45Əliyev və Lyayen mətbuata bəyanatlarla çıxış etdilər - Video/Yeniləndi
-
Magazin219:10Bu ölkə “Avroviziya”da ilk dəfə iştirak edəcək
-
Kriminal19:00Sevgilisinin yeni həyat vədinə aldanan azərbaycanlı qızın meyiti tapıldı - Foto
-
Region17:36Ermənistanın Türkiyə ilə sərhəd planı: Görün ilk kimlər keçəcək
-
Dünya15:46NATO bu ölkəni "bir nömrəli düşmən" elan etdi - Yeni strategiya işə düşür
-
Nida Xəbər 14:40Publika.az-ın əməkdaşı "Fərdi jurnalist müsabiqəsi"nin qalibi oldu
-
İKT14:08Bu qəzet və saytlara dəstək göstəriləcək - SİYAHI















.jpg)



.jpg)




















