Gözəllik
Bildirçin yumurtası ilə hüceyrələri yeniləyin
Bildirçin yumurtası həm sağlamlıq, həm də gözəllik üçün çox faydalıdır. Bildirçin yumurtasının tərkibində olan maddələr dəri hüceyrələrini yeniləməyə qadirdir.
Bu yumurtadan hazırlanan maska sayəsində dərinizdə olan səpkilərdən, qara nöqtələrdən xilas olacaq, daha sağlam dəriyə qovuşacaqsınız.
Bu maska hüceyrələri daha aktiv hala gətirdiyi üçün dərininin yaşlanmasının qarşısını da alır.
Publika.az qısa zamanda dərini yeniləyən bildirçin yumurtası maskasının hazırlanma qaydasını təqdim edir:
1 ədəd bildirçin yumurtası və 1 ədəd xiyar götürün.
Yumurtanı qırın , incə qabığını parçalamadan kasaya qoyun. Kənarda xiyarı rəndədən keçirin və yumurtanın üstünə əlavə edib qarışdırın.
Göz ətrafı istisna olmaqla bütün üzə çəkin. Normal dəriyə sahibsinizsə, bu maskanı üzdə 20 dəqiqə saxlamalısınız. Həssas dərililər 10 dəqiqə saxlamalıdırlar. Daha sonra üzü ilıq suyla yumaq lazımdır.
Bu maskanı 4 gündən bir çəkmək lazımdır.
Maskadan sonra dərini günəşin zərərli şüalarından qorumaq vacibdir. Ona görə də nəmləndirici və günəşdən qoruyucu kremi çəkmədən evdən çıxmayın.
Ləman Sultan
-
Magazin206:16Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi




























.jpg)








