Gözəllik
Yağlı dəri üçün maskalar
Yağlı dәriyə sahib olanlar üzlərinin həddən artıq parıldamasından şikayət edirlər. Ürəkaçan olmayan bir görüntü yaradan bu problemdən qurtulmaq isə çox asandır.
Bunun üçün Publika.az-ın təqdim etdiyi maskaları sınaqdan çıxara bilərsiniz. Həmin maskalar dәrini dərindən tәmizlәyəcək və yağdan qaynaqlanan parıltının qarşısını alacaq.
Əvvəlcədən qeyd edək ki, bu maskalardan hәftәdә ikiüç dәfә istifadә edə bilərsiniz.
1 yumurtanın ağını ayırıb yarım ədəd limonun rəndələnmiş qabığıyla qatın. Bu qarışığı üzünüzə çəkib 15 dәqiqә gözləyin.
Daha sonra üzü ilıq suyla yuyun.
Bu maskaya alternativ olan bir üsul da var.
Bunun üçün 1 çay qaşığı limon şirәsini 20 qram maya ilә qarışdırın, üzərinə bir çay qaşığı ilıq süd əlavə edin. Hamısını yaxşıca qarışdırdıqdan sonra üzə çəkib 15 dәqiqә saxlayın.
Daha sonra üzünüzü ilıq suyla yuyun.
Xiyar da yağlı parıltının qarşısını alır.
1 ədəd rəndədən keçirilmiş xiyarla 6 çay qaşığı bor turşusunu qarışdırıb üzdə 10 dәqiqә saxlayın.
Daha sonra üzünüzü soyuq suyla yuyub qurulayın. Dərhal nəmləndirici kreminizi çəkin.
Unutmayın ki, yağlı dəri daha çox qulluq tələb edir. Ancaq bu sizin gözünüzü qorxutmasın. Özünüzə gündә cәmi yarım saat vaxt ayıraraq qüsursuz dəriyə qovuşa bilərsiniz.
Ləman Sultan
-
Magazin206:16Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi




























.jpg)








