Gözəllik
Çatlardan xilas olmaq üçün təbii üsullar
Hamiləlik, yetkinlik, qısa müddətdə çəkinin artıb-azalması, ağır idman kimi faktorlar dərinin elastikliyinə təsir edir. Bütün bunlar dəridə çatların meydana gəlməsi ilə nəticələnir.
Dəri çatları ən çox qıç, omba, bel, qarın və sinədə meydana gəlir.
Çatlardan xilas olmaq üçün bahalı proseduralara pul xərcləmək istəmirsinizsə, təbii üsullara müraciət edə bilərsiniz. Publika.az sizi çatlardan xilas edəcək ən təsirli təbii üsulları araşdırıb:
İtburnu toxumu və şirin badam yağı
İtburnu toxumu yağı və şirin badam yağı dərini nəmləndirir. Bu yolla yenilənən dəridə çat izləri qalmır. Odur ki, bu iki yağı qarışdıraraq hər gün duşdan sonra çatların olduğu bölgələrə çəkin. 5 dəqiqə masaj edin. Yağın bədəninizə hopmasını gözləyib daha sonra geyinin.
Qatırquyruğu
Qatırquyruğu bitkisinin ehtiva etdiyi silikon dərini yeniləyir, çat izlərini aradan qaldırır. 100 qram qatırquyruğunu 40 faizli spirtdə ən az bir ay saxlayın. Daha sonra həmin qarışığa 8-10 damcı limon suyu və yarım litr su əlavə edin. Suyu süzün, gündə iki dəfə çat olan bölgələrə çəkib masaj edin.
Kök məlhəmi
Ehtiyacınıza uyğun olaraq 1 və ya 2 ədəd kökü yumşalana kimi buxarda bişirin. Daha sonra püre halına gətirib çatlamış bölgəyə çəkin.
Yarım saat gözləyib soyuq suyla durulanın.
Həddən artıq isti suyla yuyunmayın... Bu, çatların daha da dərinləşməsinə səbəb ola bilər.
Çuğundur möcüzəsi
5 ədəd çuğundurun və 5 ədəd şaftalının qabıqlarını, 1 ədəd kökün isə qabıqsız hissəsini blenderdən keçirib çatların üzərinə çəkin. 15 dəqiqə saxlayıb soyuq suyla təmizləyin.
Çatlara qarşı avokado
Dərinizi nəmli saxlamaq üçün təbii kremlər çəkməlisiniz. Bu kremlər çatların daha az görünməsini təmin edəcək.
Bu baxımdan aloe veralı və avokadolu kremlər çox təsirlidir.
Yarım avokado ilə bir aloe vera yarpağını blenderdən keçirib üzərinə bir çay qaşığı zeytun yağı əlavə edin. Əldə etdiyiniz kremi problemli bölgəyə dairəvi hərəkətlərlə çəkərək masaj edin. 20 dəqiqə gözləyib soyuq suyla yaxalanın.
Ləman Sultan
-
Avto03:18Azərbaycanda avtomobillərin qiyməti artacaq? - Video
-
Qoroskop01:40Günün ulduz falı: Bürclər yeni həftəyə necə başlayacaq?
-
ABŞ00:23ABŞ Lark adasına hücum etdi - Ölənlər və xəsarət alanlar var
-
Ekologiya30 Avqust 20:04Hava ilə bağlı daha bir xəbərdarlıq: sentyabrın 1-dək...
-
Avropa30 Avqust 19:26Şimali Kiprdə batan bərədə azərbaycanlılar da olub - Yeniləndi
-
Hadisə30 Avqust 19:00Valideynləri cehiz almağa getdi, 17 yaşlı qız sığınacağa üz tutdu
-
Qarabağ 30 Avqust 17:32Azərbaycanın ilk hərbi pilotlarından idi - Ailəsi hələ də onun yolunu gözləyir
-
Hadisə30 Avqust 16:35Psixoloq azyaşlıya zorakılıq etdi, polis araşdırmaya başladı - VİDEO




































.jpg)
