Gözəllik
Gəlinlər üçün hörüklü saç düzümləri - FOTOLAR
Toy hər bir qızın həyatında çox mühüm hadisədir. Əlbəttə ki, bu zaman gəlinin xarici görünüşü birinci yerdə durur. Ona görə də saç düzümü, makiyaj, manikür və sair kimi bütün xırda nüanslar nəzərə alınmalıdır.
Gəlinlikdən sonra vacibliyinə görə, saçlar ikinci yerdə dayanır. Saç ustaları toya hazırlaşan gəlinlərə bu il hörüklü saç modellərini təklif edirlər. Publika.az xəbər verir ki, hörüklü saçlar mövsümün hiti olmağa davam edir.
Hörüklü saçlar qızlara hələ qədim zamanlardan tanışdır. İstedadlı saç ustaları son illərdə müxtəlif cür hörüklər hörərək inanılmaz sənəti əsəri yaradırlar.
Hörüklü saç düzümü gəlinin xarici görünüşünə zəriflik bəxş edir. Bundan başqa, dəbdəbəli hörüklər qızların görünüşünü tamamilə dəyişərək əsl gözəllik ilahəsinə bənzədir.
Saç aksessuarları isə gəlinin dəyişməz bəzəklərindən biri olaraq qalır. Son vaxtlarda gəlinlərə uzun, hətta qısa saçlar üçün müxtəlif aksessuarlar - broşlar, saç sancaqları, lentlər, bantlar, güllər təklif olunur. Burada, necə deyərlər, fantaziya tükənmir. Əsas odur ki, aksessuar məsələsində ağ eləməyəsən və vulqarlıq həddini aşmayasan. Aksessuarlarla əsl sənəti əsəri olan hörüklərlə birləşdirildikdə isə nəticə daha mükəmməl alınır.
Aytən
-
Magazin206:16Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi




























.jpg)








