Gözəllik
Saçları üzümlə sürətli uzadın
Üzüm bədəni və zehni gücləndirir, unutqanlıqla mübarizə aparır, sinirləri sakitləşdirir, yorğunluğu aradan qaldırır, qəbizliyin qarşısını alır və böyrək daşlarını salmağa yardımçı olur. Bundan başqa, üzüm saçlar üçün də çox faydalı meyvə sayılır.
Belə ki, saçlarının sürətlə uzatmasını istəyənlərə mütəxəssislər üzüm maskasından istifadə etməyi tövsiyə edirlər. Əsl vitamin anbarı olan üzüm saçların sürətlə uzanmasını təmin edir.
Yay aylarında süfrələrin əvəzolunmaz meyvələrindən biri olan üzümün tərkibindəki flavanoidler saçları sağlam və sürətli uzadır.
Üzümlə saç maskası
Xüsusən üzüm tumlarının preslənməsi ilə əldə edilən üzüm çəyirdəyi yağı baş dərisi üçün çox effektlidir. Ancaq üzüm çəyirdəyi yağınız yoxdursa, üzümdən də istifadə etmək olar.
Saç uzatmaq üçün kimyəvi tərkibli şampunlardansa, təbii bitkilərdən hazırlanan maskalar daha effektli təsir göstərir. Üstəlik, saçlara əks təsir göstərmir. Üzüm maskasını hazırlamaq çox asandır.
Lazım olan vasitələr:
Yarım kq. üzüm
Həvəngdəstə
Hazırlanması və tətbiqi: Üzümləri həvəngdəstədə püre konsistensiyasına gələnə qədər əzin. Tumlarını təmizləməyə ehtiyac yoxdur. Üzümləri tamamilə püre konsistensiyasına gətirdikdən sonra hamama keçin və üzüm püresini baş dərisinə, saç diblərinə və saç uclarına qədər masaj edərək çəkin.
Maskanı çəkəndən sonra saçlarınızı bir dəsmalla və ya şalla bağlayın. Təxminən 20 dəqiqə gözləyin və saçlarınızı yuyun. Saçları nəmləndirən şampundan istifadə etməyi unutmayın. Üzüm maskasını həftədə 2 gün etmək olar. Bir ay ərzində mütəmadi olaraq etsəniz, saçların tez uzanacağını və əvvəlkindən daha sağlam olduğunu müşahidə edəcəksiniz.
Üzümün saçlara faydalarını belə sıralamaq olar:
Üzüm saçları çox tez uzadır, saçların təbii görünüşünü və parlaqlığını qaytarır.
Saç diblərini gücləndirir.
Üzümün faydalarından biri də saç tökülmələrinin qarşısını almasıdır.
Üzüm həm saçları, həm də dərini gözəlləşdirir.
Aytən
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 26 Oktyabr 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika26 Oktyabr 13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı















.jpg)






















