Gözəllik
Hazal Kayanın gözəllik sirləri
Seriallardan tanıdığımız gözəl aktrisa Hazal Kayanın gözəllik və makiyaj sirləri hamı üçün maraqlıdır. Publika.az Hazal Kayanın üzünə qulluq qaydalarını və kiçik gözəllik sirlərini təqdim edir:
Aktrisa makiyaj etməyi çox sevdiyini bildirir. Ancaq serial çəkilişləri zamanı üzünə həddən artıq makiyaj edildiyi üçün gündəlik həyatda sadə olmağa çalışır. Beləliklə, dərisinin korlanmasının qarşısını alır.
Adətən, təbii görünən makiyaja üstünlük verdiyini deyir. Makiyajda ən çox ənlikdən, tuşdan və göz kölgələrindən istifadə edir.
Həssas və allergiyaya meyilli dəriyə sahib olduğu üçün təmizlik zamanı təbii tərkibli məhsullardan istifadə edir. Mütəmadi olaraq dərisinə qulluq edir, həftədə bir dəfə pilinq etdirir.
Tonik əvəzinə gül suyundan istifadə edir. Aktrisa bu gözəllik sirrini anasından öyrəndiyini vurğulayır. Onun sözlərinə görə, mağazalarda satılan heç bir tonik gül suyunu əvəz edə bilməz. Çünki gül suyu dərini təmizləyərkən eyni zamanda nəmləndirib, yumşaldır.
Göz makiyajına xüsusi önəm verdiyini deyən Hazal Kaya torpaq tonlarındakı göz kölgələrini xoşladığını qeyd edir. Dediyinə görə, makiyaj çantasındakı kosmetika məhsulları arasında ən tez qurtaranlar da elə göz kölgələri və laynerdir.
Qırmızı və çəhrayı rəngli dodaq boyalarına üstünlük verdiyini deyən aktrisa ancaq özəl bir dəvətə gedəndə pomada çəkir. Gündəlik həyatda isə sadəcə rəngli dodaq balzamlarından istifadə edir.
Ləman Sultan
-
Avto03:18Azərbaycanda avtomobillərin qiyməti artacaq? - Video
-
Qoroskop01:40Günün ulduz falı: Bürclər yeni həftəyə necə başlayacaq?
-
ABŞ00:23ABŞ Lark adasına hücum etdi - Ölənlər və xəsarət alanlar var
-
Ekologiya30 Avqust 20:04Hava ilə bağlı daha bir xəbərdarlıq: sentyabrın 1-dək...
-
Avropa30 Avqust 19:26Şimali Kiprdə batan bərədə azərbaycanlılar da olub - Yeniləndi
-
Hadisə30 Avqust 19:00Valideynləri cehiz almağa getdi, 17 yaşlı qız sığınacağa üz tutdu
-
Qarabağ 30 Avqust 17:32Azərbaycanın ilk hərbi pilotlarından idi - Ailəsi hələ də onun yolunu gözləyir
-
Hadisə30 Avqust 16:35Psixoloq azyaşlıya zorakılıq etdi, polis araşdırmaya başladı - VİDEO




































.jpg)
