Gözəllik
Tuşunuz quruyubsa, nə etməli?
Makiyaj vəsaitlərinin də bir ömrü var. Bəzi kosmetik məhsulların ömrü qısadır, bəzilərinin isə tərkibi riskli.
Tuş da onlardan biridir. Bəzən istifadə qaydasına əməl etməmək belə həmin məhsulun qurumasına, keyfiyyətdən düşməsinə səbəb olur. Məsələn, istifadə zamanı tuş fırçasını tez-tez qabın içinə salıb-çıxarmaq onun hava ilə daha çox təmas etməsinə səbəb olur. Hava isə tuşu qısa müddətdə qurudur.
Belə bir vəziyyətdə tuşu yenidən istifadə etmək üçün asan, eyni zamanda faydalı taktikalar var. Məsələn, bunun üçün tuşu isti su ilə dolu qabda yarım saat saxlamaq təklif olunur.
Badam yağı da quruyan tuşu yumşaltmaq gücünə malikdir. Bunun üçün 2 damcı badam yağı bəsdir.
Tuşun içinə 2 damcı gül suyu tökün.
Quruyan tuşa zeytun yağı da yumşaldıcı təsir göstərir.
Bunlardan başqa, kremi diş çöpünün köməyilə tuş qabına töküb onun yumşalmasını təmin edə bilərsiniz.
Quruyan tuşu yumşaltmaq üçün gigiyenik pomada da istifadə edilə bilər. Bunun üçün bir az nəmləndirici dodaq kremini tuşun içinə atın.
Aytən
-
Magazin206:16Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi



















.jpg)







.jpg)








