Əbədi gənclik öz əlindədir: üzü cavanlaşdıran 8 idman - FOTOLAR
Bizi izləyin

Gözəllik

Əbədi gənclik öz əlindədir: üzü cavanlaşdıran 8 idman - FOTOLAR

Gözəllik salonlarında dəri problemlərini aradan qaldırmaq üçün bahalı prosedurlardan, müasir gəncləşdirmə metodlarından, kremlərdən geniş istifadə edilir. Lakin bu prosedurları əvəz edən, üz dərisinin gəncliyini qorumaq üçün alternativ metodlar da var! Bu xüsusi təlim qüvvə və vaxt tələb edir, effekt dərhal görünmür, amma qalıcı olur.

Belə kompleks məşqi həyata keçirmək bahalı prosedurlardan daha yaxşıdır, bu məşqlər hətta gənc qızlar üçün də uyğundur. Publika.az üz dərisini cavanlaşdıran hərəkətləri təqdim edir:

Dərini gənc saxlamaq istəyən hər kəs evdə üz əzələlərini işlədən hərəkətləri edərək arzuladığı nəticəni əldə edə bilər. Sadə hərəkətlər sallanmış üz dərsini bərpa etməyə kömək edəcək, üzdəki qırışların sayını nəzərə çarpacaq dərəcədə azaldacaq.

1. Bu hərəkət boyun əzələlərini və yanaqları gücləndirəcək, sallanmış buxaqdan xilas edəcək. Yumruğunuzu çənənin altına qoyun, dilinizi çıxardın. Bu vəziyyətdə 3 saniyə dayanın. Bu hərəkəti hər gün 15 dəfə təkrarlayın.

2. Boğaz nahiyəsindən qırışların azaldılması üçün məşq: Boynunuzu yavaş-yavaş mümkün qədər uzaq məsafəyə sağa döndərin. Bu vəziyyətdə 5 saniyə dayanın. Eyni hərəkəti o biri tərəfə təkrar edin. Bu hərəkətin gün ərzində bir neçə dəfə təkrarlanması sizə zərif dərinin tonusunu qaytarmağa, boyun nahiyəsindəki dərin qırışların azalmasına kömək edəcək.

3. Qan dövranını və dərinin vəziyyətini yaxşılaşdıran çalışma: Üst dişləri alt dodağa tərəf uzadın. Barmaqları almacıq sümüklərinə qoyun, çeçələ barmaqlar ağız kənarlarının yanında olmalıdır. Sadəcə barmaqlarla dəriyə toxunun və təzyiq göstərərək basmayın. Daha sonra dodaqları mümkün qədər aralayın, bu zaman üz əzələlərinin gərildiyi hiss olunmalıdır.

4. Boyun dərisinin korreksiyası: Başınızı sağa çevirin, çənəni düz saxlayın. Daha sonra ağzınızı açın və boyun və əzələlərinin gərildiyini hiss edin. Eyni hərəkəti sol tərəfdə də təkrarlayın.

5. Boyun əzələlərinin möhkəmlənməsi üçün çalışma: Yerə uzanın, baş və çiyinlər döşəmədən 2 sm. yuxarıda qalmalıdır. Başınızı əvvəlcə 20 dəfə gah sola, gah da sağa çevirin.

6. Çənənin formasının yaxşılaşdırılması: Alt dodağınızı bir az aralayın, çeçələ barmaqları ağız kənarlarına qoyub, hərəkətsiz dayanın. Çənə və boyun əzələlərinin gərildiyini hiss edəcəksiniz. Eyni nöqtədə maksimum 5 saniyə dayanın, əzələləri azad edin.

7. Üz üzərində çalışma: Alt çənəni qabağa uzadın və şəhadət barmağınızı çənənin üstünə qoyun. Dodaqları içəri çəkin. Üst və alt dodağınla dişləri qucaqla. Üst şəhadət barmağını çənə batığına qoyun və dərini yüngülcə basın. Çənə irəli getdikcə başınızı geriyə aparın. Asta hərəkətlərlə ağzınızı açın və bağlayın. Çənə yuxarı vəziyyətdə 10 saniyə qalın.

8. Yanaqların aşağı hissəsinin və boğaz dərisinin möhkəmlənməsinə aid məşq: Əllərinizı yanaqlarınıza qoyun və dilinizi çıxadın. Bu zaman yanaq əzələlərinin gərildiyini hiss edəcəksiniz. Sonra dilin çənəyə dəyməsinə çalışaraq bu vəziyyətdə maksimum 5 saniyə dayan.

Bu təlim möcüzəli şəkildə üz əzələlərinin yorğunluğunu aradan qaldırır, dərinin rəngini açır, təravətləndirir. Hərəkətləri heç olmasa 3 gün dalbadal etməyə çalışın. Mütəmadi olaraq etdikdə nəticəsi də artıq göz qabağında olacaq! Üstəlik, güzgü qabağında öz əksini müşahidə edərək məşq etmək çox şən və əyləncəli prosesdir. Güzgü sizə darıxmağa imkan verməyəcək.

Sonda daha cəlbedici görünəcəksiniz! Çünki qüsursuz dəri həmişə cavan göstərir. Qoy rəfiqələrinız plastik cərraha müraciət etdiyinizdən şübhələnsinlər... Amma bu faydalı məsləhətləri onlarla bölüşməyə xəsislik etməyın!

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm