Gözəllik
Gil maskasının dəri gözəlliyində rolu
Gil təbiətdən əldə edilən yaşıl rəngli toz halında maddədir. Gildən təsərrüfatda, bir çox sahələrdə istifadə olunur, amma onun ən vacib missiyası qadın bədəninə və dərisinə gözəllik paylamasıdır. Dəri problemlərinə yaxşı təsir edən gil antik dövrdən bəri, xüsusilə qadınların gözəllik məqsədilə istifadə etdiyi, heç zaman dəbdən düşməyən bir maddədir. Qeyd edək ki, günümüzdə baxımlı kişilər də dəri gözəlliyi üçün gil maskalarına üstünlük verirlər. Gil maskası daha çox yağlı dərilər üçün faydalıdır, nəinki quru.
Gil maskanın ən önəmli faydası dəridə rəng fərqini aradan qaldırması və dərini tək rəng etməsidir. Yağlı dəridən artıq yağı sorduğu üçün sızanaq əmələ gəlməsinə də mane olur. Müntəzəm istifadə edildikdə dəridə sızanaq və günəş ləkələrini də azaldır. Qan dövranını yaxşılaşdıran təsiri olan gil maskası hüceyrələri təzələdiyi üçün dəri altında qalan və çıxmayan sızanaqları məhv edir. Yağı əmən xüsusiyyətə malik olduğu üçün gil maskası yağlı dərinin həddindən artıq parıldamasının qarşısını alır və dərini təmizləyir. Qocalma prosesini gecikdirən təsirə malik olan gil maskası həm dərinin yağ tarazlığını təmin edir, həm də dərini yeniləyir və təravətləndirir. Bir müddət yüngülləşmə hiss edirsiniz.
Ağ gil maskanın faydaları
Ağ gil dərini qidalandıran və sıxlaşdıran mineral maddələrlə doludur. Ağ gil dərinin piyi faizini tarazlayır və məsamələrdə toplanan kirləri təmizləyir.
Bir qabın içinə su və bir miqdar gili töküb məcun konsistensiyasına gələnə qədər qarışdırın. Maskanı üzünüzə nazik təbəqə şəklində çəkin, 5 dəqiqə saxlayın və yuyun.
Gil maskasını su əvəzinə gül suyu ilə qarışdıraraq da hazırlamaq olar. Və ya çobanyastığı dəmləyərək onun suyu ilə gil maskası hazırlaya bilərsiniz.
Bir qabın içərisinə 1.5 yemək qaşığı gil əlavə edin. Üzərinə 1 çay qaşığı ərik yağı və bir qədər su əlavə edin. Doğru konsistensiyaya gələnə qədər su əlavə etməyə davam edin. Suyun ümumi miqdarı 1.5 yemək qaşığıdır, amma siz yenə də doğru konsistensiyanı əldə etməyə diqqət göstərin. Yüngül sulu keks xəmiri kimi olmalıdır. Üzünüzə sürtdüyünüz zaman axmayacaq qədər qatı olmalıdır. Həmçinin, üzünüzə rahat sürtülən maye kimi olmalıdır.
Biomineral gil maskası
Dərini təzələyən və canlandıran, qırış və dəri sallanmasını müalicə edən, günəş və hamiləlik səbəbiylə yaranan ləkələri aradan qaldıran və sızanaq yaranmasını əngəlləyən vulkanik gil maskası kimi tanınan biomineral gil maskası yaşılımtıl və krem konsistensiyası halında olur.
İncə təbəqə halında üzə sürtülən bu maska çəkildikdən sonra dəridə yüngül yanma və qıcıq hissi yaradır. Bu hiss qan dövranının sürətlənməsinin əlamətidir. Maska dəridə qaldıqca daha da qatılaşır. Maska üzdə 20 dəqiqə qaldıqdan sonra onu yuyub çıxartmaq olar. Biomineral gil maskası dəri səthindəki ölü hüceyrələri təmizləyərək yeni hüceyrə əmələ gəlməsinə zəmin yaradır.
Aytən
-
Avto03:18Azərbaycanda avtomobillərin qiyməti artacaq? - Video
-
Qoroskop01:40Günün ulduz falı: Bürclər yeni həftəyə necə başlayacaq?
-
ABŞ00:23ABŞ Lark adasına hücum etdi - Ölənlər və xəsarət alanlar var
-
Ekologiya30 Avqust 20:04Hava ilə bağlı daha bir xəbərdarlıq: sentyabrın 1-dək...
-
Avropa30 Avqust 19:26Şimali Kiprdə batan bərədə azərbaycanlılar da olub - Yeniləndi
-
Hadisə30 Avqust 19:00Valideynləri cehiz almağa getdi, 17 yaşlı qız sığınacağa üz tutdu
-
Qarabağ 30 Avqust 17:32Azərbaycanın ilk hərbi pilotlarından idi - Ailəsi hələ də onun yolunu gözləyir
-
Hadisə30 Avqust 16:35Psixoloq azyaşlıya zorakılıq etdi, polis araşdırmaya başladı - VİDEO




































.jpg)
