Gözəllik
Evdə hazırlanan ən ucuz və effektli maska
Səhhətimizdə yaranan soyuqdəymədən tutmuş bir çox problemlərlə mübarizədə faydasını hiss etdiyimiz aspirindən, sən demə, gözəlləşmək məqsədi ilə də istifadə edilir.
Publika.az aspirin maskasının faydalarını təqdim edir:
Aspirinin tərkibində asetilsalisil turşusu var ki, bu, kosmetik məhsulların tərkibində həm təmizləyici, həm də yağlılığı, məsamələri kiçildən bir vasitə kimi istifadə edilir. Salisil turşusu dəridə soyuqdəymə əlamətlərinin yaranmasına mane olur, sakitləşdirici təsiri ilə qızartı və şişkinliyi aradan qaldırır. Məhz buna görə də sızanaqlı dəri üçün aspirinli maska effektli təsir göstərir. Aspirin maskası infeksiyanın dərinin əsas qatına yayılmasının qarşısını alır, irinli sızanaqların yaranmasını məhdudlaşdırır. Bu xüsusiyyətlrinə görə, aspirin maskası dəri qatını dərindən təmizləyir, saçın uzanması təmin edir.
Bunlardan başqa, aspirin maskası özünəməxsus xüsusiyyəti ilə dərini nəmləndirir, dərini sağlam və elastik edir. Dərinin daxilinə nüfuz etməsi hesabına dəridəki ölü hüceyrələri təmizləyir, beləliklə tüklərin uzanmasına şərait yaradır, qırmızı şişləri və soyuqdəyməni aradan qaldırır.
Aspirin maskasını dərisi yağlı olan və qara nöqtələri olanlar skrab kimi də istifadə edə bilər. Aspirin maskası dəriyə təbii pilinq effekti verərək sızanaq və qara nöqtələri azaldır. Aspirin məsamələri sıxlaşdırmaq üçün əla vasitədir. Maska həftədə bir dəfə edilməlidir.
Ərzaqlar:
4 aspirin
1 xörək qaşığı su
1 çay qaşığı bal
Hazırlanması:
Aspirini suda əridin və içərisinə bal əlavə edin. Göz ətrafına dəyməyəcək şəkildə üzə çəkin və 15 dəqiqə üzdə saxlayın. Quruduqdan sonra ilıq su ilə yuyun.
Xatırladaq ki, aspirinə qarşı allergiyası olan insanlar bu maskadan istifadə etməməlidir. Əks halda, ağır allergiya kimi reaksiyaya səbəb ola bilər. Ağır xəstəliyi olan insanlar, həmçinin hamilə olanlar və süd verən analara bu maskanı istifadə etmək məsləhət görülmür. Çünki aspirin orqanizmdə əlavə reaksiya yarada bilər. Bu maskanı günəşdən yanmış dəriyə və təzə yaralara çəkmək olmaz.
Aytən
-
MDB17:00Kəşfiyyatdan şok məlumat: Rusiyanın minə yaxın ballistik raketi var
-
Maraq dünyası16:43Heyvanlarda da qisas hissi olurmuş - Şok video
-
Sağlamlıq16:0610 dəqiqəlik asta qaçış möcüzə yaradırmış - Araşdırma
-
İdman15:58Ronaldonun qarşısında papağımı çıxarıram! - Zidan
-
İdman15:00Lyubinskas: Azərbaycan və Litva futbolunda tənəzzül yaşanır
-
Ekologiya12:43Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
Ekologiya12:26Qar Quba və Qusarda möhtəşəm mənzərələr yaratdı - Fotolar
-
Hadisə10:31Abşeronda binada partlayış oldu: Xəsarət alan var - VİDEO












.png)






















.jpg)