Gözəllik
Dərinin qocalmasını ləngidən faydalı tərəvəz hansıdır?
Yağlı qidalar dərinin parlaqlığına təsir göstərir. Həmin qidaların tərkibində kalori, yağ və karbohidrat olduğuna görə, hüceyrə və məsamələrə toksinlər yığılır. Bu baxımdan qüsursuz və cazibədar dəri üçün yağlı qidalar yemək məsləhət deyil.
Xüsusən, yay aylarında isti havanın təsirindən dəri tez quruyur. Dərinizin parlaq, təravətli və nəmli olmasını istəyirsinizsə, alma və kök şirəsindən, pomidor suyundan tez-tez istifadə edin. Buraya istəyə uyğun olaraq mövsüm meyvə və tərəvəzləri də əlavə edə bilərsiniz.
Mövsümə uyğun təzə meyvə və tərəvəzlərdən istifadə dərinin parlaq görünməsinə təsir göstərir. Dəriyə daha gözəl görünüş qazandırır. Bu qəbildən olan qidalarda orqanizm üçün lazımlı vitamin kompleksi olur.
Parlaq dərinin sirri almada gizlənib. Belə ki, parlaq dəri üçün çoxlu alma yemək də məsləhətdir. Bu meyvədə eyni zamanda A vitamini olduğundan dəridəki qoruyucu toxumaları gücləndirir və sızanaqların meydana gəlməməsinə təsir göstərir. İnsan sağlamlığına və dəriyə faydalı olan bütün meyvələrdən lazımi miqdarda istifadə etmək olar.
Kök (E, A vitamini) maddələr mübadiləsi zamanı ortaya çıxan sərbəst radikalları yox edərək dəri sağlamlığını qoruyur və cavanlaşdırır. Dərinin parlaqlıq qazanmasına kömək edir. İnfeksiyaların sağalmasına kömək edən kök suyu qanı da təmizləyir, toksinləri sidiklə xaric edir. Revmatizm, böyrək üçün faydalı tərəvəzdir. Kökün tərkibindəki A vitamini orqanizmdəki bütün hüceyrələrin fəaliyyətini və yenilənməsini təmin edir, dəriyə təmizlik və çəhrayılıq da gətirir. Kök yaşlanmanı gecikdirir.
Xiyarın tərkibində olan maddələr isə dərinin daha yumşaq olmasına təsir edir.
Düzgün qidalanma həm sağlamlıq, həm də gözəllik üçün faydalıdır. Qidalanma vərdişlərində vacib proseduralardan əlavə spirt və kofein istifadəsini azaltmaq lazımdır. Çünki spirt istifadəsi dəri hüceyrələrini öldürür. Dərinin gözəlliyinə mənfi təsir göstərir. Qırışların əmələ gəlməsinə səbəb olur və insanı olduğundan yaşlı göstərir. Bu baxımdan kofein və ya spirtdən həddindən artıq istifadə etməməyə çalışın.
Fidan
-
Sağlamlıq16:0610 dəqiqəlik asta qaçış möcüzə yaradırmış - Araşdırma
-
İdman15:58Ronaldonun qarşısında papağımı çıxarıram! - Zidan
-
İdman15:00Lyubinskas: Azərbaycan və Litva futbolunda tənəzzül yaşanır
-
Maraq dünyası13:55Kaşpirovski "meyitimi yandırın!" deyibmiş - Arzu reallaşacaq?
-
MDB13:27Xalq rəssamı emalatxanada vəfat etdi, meyiti 1 ay sonra tapıldı - Foto
-
Ekologiya12:43Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
Ekologiya12:26Qar Quba və Qusarda möhtəşəm mənzərələr yaratdı - Fotolar
-
Hadisə10:31Abşeronda binada partlayış oldu: Xəsarət alan var - VİDEO



































.jpg)