Gözəllik
Saçları bəsləyib uzadan qidalar
Sağlam və parıltılı saçlara sahib olmaq üçün həm xaricdən, həm də daxilən onlara xüsusi qulluq göstərməlisiniz. Saçlara faydalı olan hər bir qida onların daha parıltılı və sağlam olmasına xidmət edir. Publika.az Türkiyə mətbuatına istinadən saçlar üçün ən faydalı bitki, meyvə və tərəvəzlərin siyahısını təqdim edir:
Tərkibində bol miqdarda C vitamini olan pomidor saçların inkişaf etməsində əsas rol oynayan kollagenin yaranmasında böyük rol oynayır. Pomidoru püre halına gətirərək saçlara maska kimi də çəkə bilərsiniz.
Qoz E vitamini və omeqa 3-lə zəngindir. Qoz saçları qidalandırıb daha tez uzanmasına şərait yaradır. Həmçinin saç tellərinin qalınlaşmasına yardım edir.
Sağlam saçlara sahib olmaq istəyirsinizsə, kivi yeyin. Çünki kivinin tərkibində saçları gücləndirən C vitamini var. C vitamini dəri sağlamlığının da qeydinə qalır.
Yerkökü B və A vitamini sayəsində saçları qoruyur. Saçlara parıltı bəxş edib onları kökündən gücləndirir.
Gündəlik zülal ehtiyacını yumurta ilə ödəmək lazımdır. Eyni zamanda saçın diblərini möhkəmləndirir.
Əgər saçlarınız tökülürsə, yaşıl noxuda üstünlük verin. Çünki tərkibindəki bol miqdarda B vitamini sayəsində saçların uzanmasını sürətləndirir, saçın diblərinin nəfəs almasına şərait yaradır.
İspanaq saç dərisinin sağlamlığını qoruyur. Kəpək və göbələk kimi problemlərin yaranmasına mane olur.
Brokolidən salat hazırlaya bilərsiniz. B1 və C vitamini ilə zəngindir. Uzun saçlı xanımlar saçlarını onun sayəsində qoruya bilərlər.
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi
-
İdman27 Oktyabr 22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial27 Oktyabr 22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO



















.jpg)







.jpg)








