Gözəllik
Qüsursuz təbii gözəlliyin 24 şərti
Yeni mövsüm başlayanda xanımlar baxımlarına daha çox fikir verirlər, qüsursuz gözəllik axtarışına çıxırlar. Nəzərə alsaq ki, yayın əvvəlidir və dəniz, toy mövsümüdür, bunun nə qədər mühüm olduğunu başa düşmək elə də çətin deyil. Günbəgün inkişaf edən, müasirləşən dəb sənayesi, gözəllik sektoru o qədər yeniliklər təqdim edir ki, bu qədər seçim arasında çaş-baş qalırsan... Publika.az gözəllik axtarışına çıxan xanımları sevindirmək qərarına gəldi və onlar üçün təbii gözəilliyin əsas şərtlərini bu cür sıraladı:
1. Gözəl olmaq üçün əslində çox xərcə ehtiyac yoxdur. Əvvəla həqiqətən baxımlı olmalısınız.
2. Mütəmadi olaraq arzuolunmaz tüklərdən xilas olmalısınız! Bığlarınız, qaşlarınız, hətta bədəndəki bütün arzuolunmaz tükləri təmizləməlisiniz!
3. Mütəmadi bədən, əl və üz üçün nəmləndirici kremlərdən istifadə etməlisiniz.
4. Dodaq kremini yay-qış çantanızdan əskik etməyin.
5. Əgər tonal kremdən həddindən artıq istifadə edirsinzisə, onu BB kremləri ilə əvəz etməlisiniz.
6. Az olsa da, makiyaj etmədən çölə çıxmayın. Göz qələmi belə kifayətdir!
7. Sizdən hər zaman təravətli qoxular gəlməlidir. Çantanızda ətir olmadan evdən çıxmayın.
8. Ətrinizi tez-tez dəyişdirməməlisiniz.
9. Dırnaq boyanız qışda da əskik olmamalıdır.
10. Makiyajla yatmayın.
11. Hər gün bol-bol gülməlisiniz.
12. Dişlərinizi nizamlı olaraq yumalısınız.
13. Gözəlliyinizə gözəllik qatan aksessuarlar taxın. Xüsusən də sırğalar əskik olmamalıdır.
14. Ayaqqabılarınız hər zaman təmiz olsun.
15. Paltarlarınız həmişə təmiz olmalıdır.
16. Çantalarınız da təmiz olmalıdır. İçi də...
17. Saçlarınız yağlı çölə çıxmayın. Mütləq təmiz saxlayın.
18. Saçlara mütəmadi olaraq qulluq edin.
19. Makiyaj fırçalarını hər həftə təmizləyin, yuyun. Çünki çirkli, çox istifadə olunmuş makiyaj fırçaları, süngərlər çox vaxt sızanaq və ya dəri ləkələrinə səbəb olur.
20. Saç rənginiz dəriyə və üz quruluşuna uyğun olmalıdır.
21. Gözəlliyiniz təbii və təravətli olmalıdır. Qaynaq saç, linza və taxma kirpiklərdən uzaq durmalısınız.
22. Hər zaman dik dayanmalı, hətta yatanda belə dik yatmalısınız.
23. Hərəkətləriniz, davranışlarınız sakit və mülayim olmalıdır!
24. Ən əsası özünüzə inamlı olmasınız!
Fidan
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi
-
İdman27 Oktyabr 22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial27 Oktyabr 22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO



















.jpg)







.jpg)








