Gözəllik
Qocalmayan qadınların 7 qızıl qaydası - FOTOLAR
Fikir vermisinizsə, bəzi qadınlar yaşlaşdıqca daha da gözəlləşirlər. İllər onların nə üzündə, nə də ki, bədənində iz qoyub. Bu, təbiətin gözəl cinsin bəzi nümayəndələrinə qarşı xüsusi məhəbbətdir. Bunun səbəbi onların sağlam həyat tərzinə əməl etməsidir. Yediklərinə fikir verməyən insanlar isə vaxtından əvvəl qocalır, yanlış qidalanma orqanizminə xeyli təsir göstərərək onu istismar edir.
Publika.az qocalmayan qadınların 7 sirrini təqdim edir:
Bu qaydalar sizə qocalma prosesini bir neçə il ləngitməyə kömək edəcək.
Qidalanma
Hər kəs nə yediyinə fikir verməlidir, zərərlərini nəzərə almalıdır. Həzm sistemi yaxşı işləyən insanlar sağlam orqanizmə və mükəmməl bədən quruluşuna malik olurlar. Sıyıq, su, bol meyvə və tərəvəz yeyin, rasionunuzda şirniyyat və yağlı xörəkləri azaldın.
Su
Dərinin təravətli və parlaq olması su ilə bağlıdır. Ona görə də, dərinin vəziyyəti sudan asılıdır. Həmçinin suyun miqdarı da vacibdir. Hər gün 1,5-2 litr su içmək lazımdır, yeri gəlmişkən su təmiz olmalıdır. Suyun bu qədər vacib olması çox sadədir. Su orqanizmə oksigen, tükənməz enerji bəxş edir, dərini hamar və təravətli edir.
Yuxu
Yaxşı yatmalısınız. Yalnız bu halda o, müalicəvi ola bilər. Doyunca yatmamaq gözəlliyin və təravətli dərinin başlıca düşmənidir. Yuxu yalnız fiziki deyil, həm də mənəvi cəhətdən dincəlməyə imkan verir.
Təmiz hava
Təmiz hava qəbul etməyin cürbəcür üsulları var. Mümkün qədər piyada gəzintiyə çıxın, otaqlarda nəfəsliyi tez-tez açın.
Vitaminlər və minerallar
Gənclik və gözəlliyi ancaq vitaminlərlə qoruyub saxlaya bilərsiniz. Vitamin və mineralları dərman preparatlarından deyil, təzə meyvə və tərəvəzlərdən əldə etməyə çalışın. Vitaminlərlə zəngin faydalı ərzaqlar bunlardır: portağal, ispanaq, qızılbalıq, qoz, pomidor, badam, alabalıq və yaşıl çay.
Ürək
Ruhi vəziyyətiniz də xarici görünüşün cəlbedici olmasına ciddi təsir göstərir. Əgər sizin qəlbiniz gəncdirsə, üzünüzdə daim işıq saçacaq. Sevdiyiniz işlə məşğul olun, hər gün sevinin, tez-tez zarafat edin, hətta xoşagəlməz hadisələrə belə müsbət tərəfdən baxmağa çalışın və özünüzə sübut edin ki, sizdə hər şey yaxşıdır. Sonda sizdə həqiqətən də hər şey çox gözəl olacaq!
Əllər və boyun dərisi
Qadının yaşını onun boynu və əlləri ələ verir. Ona görə də bu hissələrə xüsusi həssaslıqla yanaşın, qulluq edin. Qab yuduqda, ev işləri ilə məşğul olanda mütləq əlcək istifadə edin. Əllərinin dərisi temperatur dəyişməsini, çirki, kimyəvi yuyucu vasitələri sevmir.
Aytən
-
Qoroskop01:40Günün ulduz falı: Bürclər yeni həftəyə necə başlayacaq?
-
ABŞ00:23ABŞ Lark adasına hücum etdi - Ölənlər və xəsarət alanlar var
-
Ekologiya30 Avqust 20:04Hava ilə bağlı daha bir xəbərdarlıq: sentyabrın 1-dək...
-
Avropa30 Avqust 19:26Şimali Kiprdə batan bərədə azərbaycanlılar da olub - Yeniləndi
-
Hadisə30 Avqust 19:00Valideynləri cehiz almağa getdi, 17 yaşlı qız sığınacağa üz tutdu
-
Qarabağ 30 Avqust 17:32Azərbaycanın ilk hərbi pilotlarından idi - Ailəsi hələ də onun yolunu gözləyir
-
Hadisə30 Avqust 16:35Psixoloq azyaşlıya zorakılıq etdi, polis araşdırmaya başladı - VİDEO
-
Avropa30 Avqust 16:26Şimali Kiprdə batan gəmidən 259 nəfər xilas edildi - YENİLƏNDİ

















.jpg)



















.jpg)
