Gözəllik
Heyva tumundan gənclik kremi
Zərif cinsin nümayəndələri gözəllik naminə min bir üsula əl atırlar. Gəncliyini qorumaq üçün bütün pulunu bahalı kremlərə xərcləyirlər. Biz isə bu yazıda ucuz, təbii və çox effektli maska reseptindən danışacağıq.
Mütəxəssislərin fikrincə, sağlam dəri üçün balanslı bəslənmək, stressdən uzaq dayanmaq, təbiətdən gələn möcüzəli bitki və meyvələrin faydalarından yararlanmaq və dəriyə təbii qulluq vasitələrindən istifadə etmək lazımdır. Çünki təbii bitkilərdən hazırlanan maskalar daha effektlidir.
Bütün meyvələri, o cümlədən heyvanı da yeyəndən sonra tumlarını zibilliyə atırıq. Kosmetoloqlar isə heyvanın tumunu zibilliyə atmamağı, ondan maska hazırlamağı tövsiyə edir. Heyva tumlarından hazırlanan maska dərini gəncləşdirir, ona sağlam görünüş qazandırır. Ondan mütəmadi şəkildə istifadə etsəniz, mütləq yaxşı nəticə verəcək. Antioksidant xüsusiyyətə malik heyva tumları dəri üçün son dərəcə faydalıdır.
Krem üçün lazım olan vasitələr:
1 ədəd heyvanın tumları
1/2 stəkan su
1 ədəd qapaqlı krem qapı
Hazırlanması:
Bu maskanı hazırlamaq üçün tumları qabın içinə töküb üzərinə su əlavə edin. Bu şəkildə 1 gecə saxlayın. Ertəsi gün istifadə etməyə başlaya bilərsiniz. Bir gündən sonra çox tünd olmayan bir gel konsistensiya halını alır.
Gecə yatmazdan əvvəl üzünüzə incə təbəqə halında sürtüb 5 dəqiqə gözləyin. Bu, kremin yatağa dəyməməsi üçün vacibdir. Quruduqca dərinizin gərildiyini hiss edirsiniz. Üzünüzü yumadan kremlə birlikdə yatın. Səhər qalxdıqda güzgüdə dərinizin par-par parladığını, dartılmış vəziyyətdə, yumşaq və hamar olduğunu görəcəksiniz. Üstəlik, heyva tumu sızanaq problemini də aradan qaldırır, məsamələri sıxlaşdırır.
Kremi 1-2 ay saxlamaq mümkündür. Qapağını bağladığınız müddətdə qurumur, xarab olmur.
Məlum məsələdir ki, yayda heyva tapmaq asan deyil. Lakin narahat olmağa dəyməz. Belə ki, kremi qurudulmuş heyva tumları ilə də hazırlamaq olar. Yəni, gənclik kremini heyva mövsümü olmasa da, hazırlaya bilərsiniz. Sadəcə, mövsümündə tumlarını yığıb qurutmaq kifayətdir.
Heyva tumunun kosmetik sektorunda əhəmiyyəti nədir?
Qırışları azaltmaq üçün təklif olunan kremlərin tərkibində çox zaman heyva tumu istifadə olunur. Bunun ən birinci səbəbi onun hər hansı bir kimyəvi maddə ilə bağlılığı olmamasıdır.
Ümidvarıq ki, siz də heyva tumlarından hazırlanan möcüzəli kremi müntəzəm olaraq istifadə edəcək və yaxşı nəticələr əldə edəcəksiniz.
Aytən
-
ABŞ00:23ABŞ Lark adasına hücum etdi - Ölənlər və xəsarət alanlar var
-
Ekologiya30 Avqust 20:04Hava ilə bağlı daha bir xəbərdarlıq: sentyabrın 1-dək...
-
Avropa30 Avqust 19:26Şimali Kiprdə batan bərədə azərbaycanlılar da olub - Yeniləndi
-
Hadisə30 Avqust 19:00Valideynləri cehiz almağa getdi, 17 yaşlı qız sığınacağa üz tutdu
-
Qarabağ 30 Avqust 17:32Azərbaycanın ilk hərbi pilotlarından idi - Ailəsi hələ də onun yolunu gözləyir
-
Hadisə30 Avqust 16:35Psixoloq azyaşlıya zorakılıq etdi, polis araşdırmaya başladı - VİDEO
-
Avropa30 Avqust 16:26Şimali Kiprdə batan gəmidən 259 nəfər xilas edildi - YENİLƏNDİ
-
Enerji30 Avqust 16:17Sabah Bakının bu ərazilərində qaz olmayacaq
















.jpg)




















.jpg)
