Gözəllik
Bu 7 məsləhətə əməl edərək dərinizi gənc saxlayın!
Yaş artdıqca dəri öz elastikliyini itirir və yaşınızı ələ verir. Yay aylarında isti hava və günəşin ultrabənövşəyi şüaları dərinin yaşlanmasını daha da sürətləndirir.
Ona görə də dəri yay aylarında xüsusi qulluq tələb edir. Bir neçə məsləhətə əməl edərək dəri yaşlanmasının qarşısını ala bilərsiniz.
Bəs nə etmək lazımdır?
1.Günəşdən qoruyucu krem çəkin
Təbii ki, ilk növbədə günəşdən qoruyucu kremə müraciət etməlisiniz. Əgər dəri rənginiz açıqdırsa, 50 SPF faktoru olan krem sizin üçün daha uyğundur. Bəziləri günə başlayarkən bir dəfə günəş kremi çəkir və bununla da kifayətlənir. Halbuki, günəşin zərərli şüalarından müdafiə olunmaq üçün SPF faktorlu kremi hər 90 dəqiqədən bir çəkmək lazımdır.
Solaridən uzaq durun
Solari dəri üçün çox təhlükəlidir. Bu xidməti verən salonlar bunun əksini desələr belə, əsla, inanmayın. Əgər sürətli şəkildə qaralmaq istəyirsinizsə, qaraldıcı vasitələrə müraciət edə bilərsiniz.
Kisələnin
Həftədə iki dəfə dərinizi kisələyin. Bu dəri sağlamlığı üçün önəmlidir. Çünki kisələnmək ölü dəriləri təmizləyir və yeni hüceyrələrin uzunömürlü olmasını təmin edir.
Dərinizi nəmlə təmin edin
Yay aylarında dərimizə nəmləndirici krem çəkməyi unuduruq. Çünki dərimizin quruduğunu hiss etmirik. Ancaq mövsümdən asılı olmayaraq, dəriyə hər gün nəmləndirici krem çəkmək lazımdır. Xüsusən, tərkibində əzvay olan kremlər məsləhət görülür. Çünki bu bitki dərinin yağ və nəm balansını tənzimləyir, günəşin zərər verdiyi dərini bərpa edir.
Yuxusuz qalmayın
Yay aylarında günlər uzanır. Üstəlik, insanlar istirahət mərkəzlərinə, dəniz kənarlarına üz tutur. Beləliklə, yuxu saatları azalır. Ancaq dəri gözəlliyi üçün yuxu çox önəmlidir. Hər gün 8 saatlıq yuxu rejiminə əməl edin.
Çoxlu su için
Su dərinin sağlamlığı üçün ən önəmli ünsürdür. Kifayət qədər su içməsəniz, dəri hüceyrələriniz büzüşüb daha qoca görünməyinizə səbəb olar. Su bədəndən toksinləri ataraq dərinizin daha parlaq və sağlam görünməsini təmin edir. Gündə səkkiz stəkan su içməyi vərdişə çevirin.
Ləman Sultan
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi
-
İdman27 Oktyabr 22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial27 Oktyabr 22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO
-
İKT27 Oktyabr 21:24Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi



















.jpg)







.jpg)








