Gözəllik
Sellülitdən qurtulmağın təbii yolları
Sellülitdən qurtulmaq üçün bahalı kremlərə pul xərcləməyin. Çünki evdəki ərzaqlardan təbii maskalar və yağyandırıcı reseptlər hazırlamaqla bu işin öhdəsindən gəlmək mümkündür. Publika.az sellüliti azaldan üsulları təqdim edir:
Qırmızı istiot
Qırmızı istiot bədən hərarətini artıraraq qan dövranını sürətləndirməklə yanaşı yağyandırıcı xüsusiyyəti var. 1 çay qaşığı qırmızı istiotu, 1 çay qaşığı rəndələnmiş zəncəfil və limon suyunu bir stəkan ilıq su ilə qarışdırıb içmək sellüliti aradan qaldırmaq üçün effektli üsuldur.
Üyüdülmüş qəhvə
Üyüdülmüş qəhvə ölü dəri hüceyrələri üçün çox yaxşı pilinqdir. Yarım stəkan üyüdülmüş qəhvənin içinə bir az saf zeytun yağı töküb mikrodalğalı sobada 20 dəqiqəyə yaxın saxlayın. Qarışığı sellülitli hissəyə sürtün və oranı streçlə bürüyün. 30 dəqiqəyə qədər belə gözlətdikdən sonra ilıq su ilə yaxalayın. Həftədə 2 dəfə etdikdə nəticə əla olacaq.
Ardıc yağı
Ardıc yağının sellülit azaldıcı xüsusiyyəti məlumdur. Yağa bəzi əlavələr etməklə onun təsirini bir neçə dəfə artırmaq olar. Məsələn, 1/4 stəkan zeytun yağının içinə 10-15 damcı ardıc yağı tökün. Maskanı sellülitli bölgəyə masaj edərək sürtün və 10 dəqiqə gözləyin. Yaxşı nəticə əldə etmək üçün bu maskanı gündə 2 dəfə etməlisiniz. Bir ay sonra dəriniz parlaq və hamar olacaq.
Yosun
Yosun qan dövranını sürətləndirən təbii pilinqdir. 3 yemək qaşığı çəkilmiş yosunu 1/4 stəkan dəniz duzu və saf zeytun yağı ilə qarışdırın. Maskanı sellülitli bölgəyə masaj edərək sürtün və 10 dəqiqə gözləyin. Sonra duş qəbul edin.
Alma sirkəsi
Alma sirkəsinin tərkibindəki mineral, kalium və maqnezium dərinin altında toplanan yağ hüceyrələrini məhv edir. Eyni zamanda, dərinin toksinlərdən təmizlənməsini təmin edir. 1 stəkan alma sirkəsini 2 stəkanı su ilə qarışdırın. İçinə bir az bal əlavə edin. Sellülitli hissəyə çəkib 30 dəqiqə gözləyin. Sonra ilıq su ilə yaxalayın. Gündə 2 dəfə tətbiq etsəniz, dəriniz inanılmaz parıltılı və qəşəng olacaq.
Fırçalamaq
Sellülitdən qurtulmağın ən asan yollarından biri budların fırça ilə təmizləmə əməliyyatıdır. Bu təmizləmə qan dövranını sürətləndirir və dərinin üst səthindən toksinlərin çıxarılmasını təmin edir. Bu üsulu gündə 2 dəfə 5 dəqiqə edin.
Aytən
-
Magazin205:45Adriana Lima qızları ilə elə pozalar verdi ki...
-
Nəqliyyat05:15Bakıda süni sıxlıq yaradan avtomobillərlə bağlı tədbirlər görüləcək - Video
-
İdman02:43Növbəti hakim qalmaqalı: Tanınmış futbolçu ədalət istəyirdi, meydandan qovuldu - Video
-
Qoroskop00:45Günün ulduz falı: Sevgidə qərar anıdır...
-
ABŞ24 Aprel 22:32Pentaqon yaxınlığında faciə: 23 yaralı var - İdarənin əməkdaşları da xəsarət aldı
-
İqtisadi gündəm24 Aprel 20:48Bu şirkətin Azərbaycandakı filialı ləğv olunur - Görün səbəb nə imiş
-
Kriminal24 Aprel 19:10Abşeronda böyük əməliyyat: 17 nəfər saxlanıldı - Video
-
Nəqliyyat24 Aprel 18:40Bakıda axşam tıxacı

















.jpg)



















