Gözəllik
Bədən quruluşuna uyğun bikini seçimi - FOTOLAR
Qumluqda istirahət etməyin əsl zamanıdır. Lakin sizi gözəl göstərəcək çimərlik geyimi ilə bu istirahətinizi daha maraqlı edə bilərsiniz. Bədən qüsurlarını gizlətmək istəyirsinizsə, bikini seçəndə bədən quruluşunuza uyğun olmasına diqqət etməlisiniz.
Publika.az bədən quruluşuna uyğun çimərlik geyimlərini təqdim edir.
Bunun üçün əvvəlcə bədən quruluşunu müəyyən etməlisiniz.
Qum saatı: Bel nazik, omba və döşlərin həcmli olması qum saatı adlanır.
Armud: Sinə ilə bədənin yuxarı hissəsi ümumilikdə aşağısı ilə müqayisədə daha arıqdırsa, bu bədən quruluşuna armud deyilir.
Tərsinə çevrilmiş üçbucaq: Çiyinlərin eni ombadan və budlardan daha genişdirsə, bu bədən tipi tərs üçbucaq adlanır.
Alma: Bel bölgəsinin və ombanın dolğun olduğu bədən tipləri alma adlandırılır.
Geniş çiyinlər: Çiyinləriniz çox genişdirsə, rəngli və printli bikini geyinməyin. Tək rəng və şaquli naxışlı çimərlik geyimi seçin.
Böyük sinə: Sinəniz böyükdürsə, pastel rənglərdən uzaq durmalısınız. Ya çox parlaq rəng, ya da tünd rənglərə üstünlük verin. Qalın asqılı çimərlik geyimi və bikini böyük sinələri vizual olaraq gizlədir, həm də bu cür çimərlik geyimində daha rahatdır.
Böyük omba: Əgər ombalarınız sinənizə görə daha böyükdürsə, o zaman bikini seçərkən yuxarı hissənizi böyük, aşağı hissəni isə əksinə kiçik göstərə biləcək bir çimərlik geyimi modeli seçməlisiniz. Üst hissə üçün seçdiyiniz modelin rənginin açıq, o birisinin isə rənginin tünd və naxışsız olmasına diqqət yetirin.
Kiçik sinə: Dəstəkli bikini və çimərlik geyimləri seçin. Qollarınıza bir neçə aksessuar taxaraq diqqəti kiçik sinədən yayındırmaq olar.
Qarnı olanlar: Qarnınız varsa, sizin üçün ən uyğunu bağlı kupalnik və ya hündür bel retro çimərlik geyimləridir. Üstü naxışlı olmayan tək rənglərə üstünlük verin. Sinə hissəsində aksessuar olan çimərlik geyimləri qarnın daha kiçik görünməsinə yardım edir.
Kiçik omba: Ombanız çox kiçikdirsə, siz əlvan rənglərə üstünlük verməlsiniz. Düşük belli çimərlik paltarı sizin üçün ən uyğun olanıdır.
Fidan
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO