Gözəllik
Qarabaşaq yarmasından gözəllik maskaları
Qarabaşaq sağlamlıq üçün çox faydalıdır. Qarabaşaq yarmasından gözəlliyimizin mühafizəsində istifadə etmək olar. Qarabaşağın kosmetologiyada tez-tez istifadə olunmasını çox az adam bilir. Onun yarmasından hazırlanan skrab çox effektlidir, həm də çox faydalıdır. Digər komponentlərlə birləşdirildikdə ondan saç üçün maskalar da hazırlanır. Əsas məhsul olaraq bu maskalarda qarabaşaq unundan istifadə olunur. Publika.az-ın gözəllik bölməsi qarabaşaq unundan hazırlanan gözəllik maskalarını təqdim edir:
Quru dərilər üçün: 1 xörək qaşığı qarabaşaq ununu 2 xörək qaşığı zeytun yağı ilə qarışdırın, qoyun un yağı özünə tamamilə çəksin. Üzünüzə çəkdikdən sonra 20 dəqiqə gözləyin və ilıq su ilə yuyun.
Quru və həssas dərilər üçün:1 xörək qaşığı qarabaşaq unu, 1 çay qaşığı zeytun yağı, 1 xörək qaşığı təbii yağlı kefir və bir miqdar su. Ocaqda qaynayana qədər hamısını qarışdırılır. Daha sonra soyumasını gözləyin, soyuduqdan sonra üzə çəkilir və 15 dəqiqə saxlanılır. Daha sonra ilıq su ilə yuyulur.
1 stəkan südlə yarım stəkan qarabaşaq ununu ocaqda qaynadırıq, ona bir qaşıq bal əlavə edirik. 20 dəqiqə qarışdıraraq ocaqda saxlayırıq. Daha sonra onu soyumasını gözləyirik. Soyuduqdan sonra maskanı çəkir və 30 dəqiqə saxlayırıq. Sonda soyuq su ilə yuyuruq.
Saç üçün qidalandırıcı maskalar: 4 xörək qaşığı ilıq süd, 1 xörək qaşığı limon suyu, 3 xörək qaşığı qarabaşaq unu. Hamısını qarışdırın, azacıq darçın da əlavə etmək olar. Darçın saçların tez uzanmasına kömək edir. 20 dəqiqə kənarda saxlayın, daha sonra saçlarınıza çəkin, xüsusilə saçların diblərinə yeridin. 30 dəqiqə saxlayın və ilıq su ilə yuyun.
3 xörək qaşığı qarabaşaq unu, yarım stəkan ilıq süd və 1 yumurtanı qarışdırın. Maskanı saçlarınıza çəkin və 30 dəqiqə saxlayın. Daha sonra ilıq su ilə yuyun. Bu maska yanmış və qırılan saçlara çox gözəl təsir edir.
Aytən
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi
-
İdman27 Oktyabr 22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial27 Oktyabr 22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO
-
İKT27 Oktyabr 21:24Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
-
Nida Xəbər 27 Oktyabr 21:00Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək



















.jpg)
















