Gözəllik
Saçlara həcm verən ən gözəl modellər - FOTOLAR
Şübhəsiz ki, düz saçlara sahib hər bir qadın dalğalı saçlara həsəd aparır, dalğalı saçlara sahib olan xanımlar da düz saçlara həsəd aparırlar. İnsana özündə olmayan nədənsə hər zaman daha cazibədar və çəkici gəlir. Düz saçlar gözəl və daha romantik görünür. Dalğalı saçların isə qadını daha seksual göstərdiyini inkar edə bilərik.
Publika.az-ın gözəllik bölməsi ən gözəl dalğalı saç modellərini toplayıb.
Ucları yüngül dalğalı model: Bu dalğalı model ilə təbii görünüş qazanacaqsınız. Həm gündəlik həyatınızda, həm də özəl günlərdə etmək olar.
S dalğalar: Saçlarınızı dolğun göstərən bu modeli xüsusilə sönük və incə telli saçlara sahib qadınlara tövsiyə edirik. Bu zaman saçlarınız həm qəşəng, həm də gur görünəcək.
Ucları yüngül dalğalı modellər: Saçlarınızı dolğun göstərən bu dalğalı modeli eyni zamanda təbii görünür.
Üstü qalın, altı isə seyrək dalğalı modellər: Qat-qat kəsimli saçlara sahib olanlar üst qatlara daha sıx dalğa tətbiq edərək saça daha gur görünüş qazandıra bilərlər.
Qısa saçlara həcm qazandıran dalğalar: Qısa və incə telli saçlara maliksinizsə, saçların uclarına dalğalar verərək gur və sağlam saçlara qovuşa bilərsiniz.
Kəkilli saçlara xüsusi dalğalar: Həm seksual, həm təbii və gözəl görünmək istəyənlər bu modeli tətbiq edə bilər.
Qabarıq dalğalar: Qabarıq dalğa modeli ilə gur və dolğun saçlara qovuşacaqsınız.
Sıx dalğalar: Uzun saçları ahəngdar göstərəcək sıx dalğalar xüsusilə sarı tonları olan saçlarda özünü daha yaxşı büruzə verir.
Dağınıq dalğalı saçlar: Gülüşünüzə yaraşan dalğalı modeli ilə dəvətlərdə saçlarınızla hər kəsi valeh edə bilərsiniz.
Saçları gur göstərən dalğa modeli: Gur və dolğun saçlara sahib olmaq istəyən qadınlar bu dalğa modelinə üstünlük verməlidir.
Qısa saça özəl dalğa: Qısa saçların həcmini dağınıq dalğa modeli ilə artıra bilərsiniz. Sarı saçlar üçün ən əlverişli modeldir.
Saçları olduğundan daha canlı göstərən dalğalar: Sarı saçları ön plana çıxaracaq ecazkar dalğalı modeldir.
Az dalğalı model: Saçlarınızı dolğun və gur göstərmək istəyirsinizsə, ən üstün model dalğalı fen çəkilmiş modelidir.
Sadə dalğalı modellər: Gündəlik həyatınızda da tətbiq edə biləciyiniz bu dalğa modeli ilə həm qəşəng, həm təbii görünəcəksiniz.
Düz saça meylli dalğalı saçlar: Qırıq dalğalı kimi də tanınan bu dalğa modeli düz saçlara olduqca yaxın bir modeldir.
Dibləri düz, ucları dalğalı model: Uclarda genişlənən dalğalar saçlara hərəkət qazandıracaq.
Sarı saçlarda diqqətçəkən dalğalar: Sarı saçlara ən çox yaraşan ilanvari perma stili özəl gününüzdə sizi müşayiət edən ən gözəl modeldir.
-
Magazin205:45Adriana Lima qızları ilə elə pozalar verdi ki...
-
Nəqliyyat05:15Bakıda süni sıxlıq yaradan avtomobillərlə bağlı tədbirlər görüləcək - Video
-
İdman02:43Növbəti hakim qalmaqalı: Tanınmış futbolçu ədalət istəyirdi, meydandan qovuldu - Video
-
Qoroskop00:45Günün ulduz falı: Sevgidə qərar anıdır...
-
ABŞ24 Aprel 22:32Pentaqon yaxınlığında faciə: 23 yaralı var - İdarənin əməkdaşları da xəsarət aldı
-
İqtisadi gündəm24 Aprel 20:48Bu şirkətin Azərbaycandakı filialı ləğv olunur - Görün səbəb nə imiş
-
Kriminal24 Aprel 19:10Abşeronda böyük əməliyyat: 17 nəfər saxlanıldı - Video
-
Nəqliyyat24 Aprel 18:40Bakıda axşam tıxacı















.jpg)





















