İqtisadi gündəm
İrandan gözlənilməz addım: neft hasilatı dondurulur
"İran neft hasilatını dondurmağa razılaşır”.
ANS PRESS-in məlumatına görə, bu barədə İranın Press TV telekanalına ölkənin milli neft şirkəti NIOC-nun nümayəndəsi deyib.
Qurumun beynəlxalq əlaqələr üzrə direktoru Mohsen Kamsari deyib ki, İran artıq neft hasilatını arzuladığı səviyyə çatdırıb. “Bu məsələ ilə bağlı qəti qərarı neft naziri Bican Namdar Zanqane verə bilər”
Bundan əvvəl İran sanksiyalar götürüldükdən sonra hasilatı 4 milyon barelə çatdırmağı planlaşdırdığını açıqlamışdı. Hazırda OPEC-in hesablamalarına görə, İran gündə 4,2 milyon barel neft hasil edir.
İran OPEC-in aprel ayaında keçirdiyi Doha görüşündən sonra neft hasilatını daha da artıracağını barədə açıqlama vermişdi. Həmin vaxt neft naziri Bican Namdar Zənqane bildirmişdi ki, sanksiyaların ləğvindən sonra rəsmi Tehran günlük neft hasilatını 1 milyon barelə qədər artırıb. “Biz itirdiyimiz bazarları qaytarana qədər neft hasilatını artırmağa davam edəcəyik. Amma rəsmi Tehran bazarın sabitləşməsi üçün istənilən planı dəstəkləyir”.
Aprelin 17-də Qətərin paytaxtı Doha şəhərində OPEC-in iclası keçirilib. İclasda təşkilata daxil olan dövlətlərlə yanaşı olmayanlar da iştirak edib. Görüşün məqsədi neftin hasilatını 2016-cı ilin yanvar ayı səviyyəsində saxlanılması barədə qərar qəbul etmək idi.
Lakin Səudiyyə Ərəbistanının İran ilə ziddiyyətli münasibətləri neftin hasilatının “dondurulmasına” imkan vermədi.
Doha görüşü Səudiyyə Ərəbistanı, Rusiya, Venesuela və Qətərin təşəbbüsü ilə keçirilib. Bundan başqa, görüşdə Ekvador, Əlcəzair, Nigeriya, Oman, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri kimi iri neft istehsalçıları ilə yanaşı Azərbaycan və Qazaxıstan da iştirak edib. Azərbaycanı bu toplantıda energetika naziri Natiq Əliyev təmsil edib. O, Azərbaycanın neft hasilatının dondurulmasına razı olduğunu bildirib.
-
Nida Xəbər 14:58
Vilayət Eyvazov bu generalı özünə müşavir təyin etdi - FOTO
-
Magazin114:02
Hamını aldadıblarmış... - Qızı Təranəni ifşa etdi
-
Qarabağ 13:56
Kəlbəcərdə bədbəxt hadisə - Xəsarət alanlar var
-
Hadisə13:30
Bakıda kişi sevdiyi qıza görə küçədə özünə OD VURDU - VİDEO
-
Kriminal12:41
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: daha bir nəfər saxlanıldı
-
Dünya12:01
İngiltərə Ukraynaya “yaşıl işıq” yandırdı: Bizim silahlarla Rusiyanı vur
-
Nida Xəbər 11:04
Bu xəstəxananın vəzifəli şəxsləri SAXLANILDI - Görün nə qədər vəsait mənimsəyiblər
-
Magazin109:51
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan etiraf