İqtisadi gündəm
Vahid Ələkbərov kasıbladı
“Forbes” jurnalı Rusiyanın 200 varlı iş adamının adını açıqlayıb.
Ötən il olduğu kimi bu il də siyahıya Əlişir Usmanov rəhbərlik edir. Onun sərvəti bir il ərzində 1 milyard dollar artıb.
Publika.Az xəbər verir ki, siyahıda ikinci sırada Mixayil Fridman dayanır. İş adamının sərvəti 1,1 milyard dollar artaraq 17,6 miyard dollara yüksəlib. Onu da bildirək ki, azərbaycanlı iş adamı “LukOil”in sahibi Vahid Ələkbərov bu ilki siyahıda geriləyib.
Ötən ilki siyahıda 5-ci sırada yer alan V.Ələkbərov bu il 7-cidir. Ələkbərovun pulu 1,2 milyard dollar azalıb. Digər həmyerlilərimiz Zarax İliyev və Qod Nisanovun sərvətləri artıb. 2013-cü ildə 35-ci sırada olan Z.İliyev bu il 30-cu, Q.Nisanov 37-ci sıradan 31-ə düşüb.
“Krokus” şirkətinin rəhbəri Araz Ağalarovun sərvəti isə nə artıb, nə azalıb. O 1,8 milyard dollar varidatı ilə 56-cı sıradadır. AST Şirkətlər Qrupunun rəhbəri Telman İsmayılov 0,75 milyard dollar pulu ilə 137-ci yerdədir.
Leyla
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan