İqtisadi gündəm
Növbəti maliyyə böhranı gəlir
Avropa Rusiyanı qaz idxalını dayandıracağı ilə hədələdi Avropa parlamenti keçən həftə Avropa bazarında Rusiyanın enerji şirkətlərinə daha sərt sanksiyaların tətbiq olunmasına dair çağrışlar edib.
Bu vaxt "Cənub axın" təbii qaz boru xəttinin inşasının dayandırılması və Rusiya ilə bağlanan ticarət razılaşmalarının nəzərdən keçirilməsi də irəli sürülüb. O da bildirilib ki, Ukraynada vəziyyətin gərginləşəcəyi halda daha sərt tədbirlər atılacaq.
“Fitch” Agentliyinin mütəxəsisslərinin şərhinə görə, Rusiyadan Avropa Birliyinə təbii qaz idxalının qadağan edilməsi Avropa iqtisadiyyatı və sənayesı üçün ciddi nəticələrə səbəb olacaq. Təbii qaz qıtlığı yanacağın qiymətində artıma gətirib çıxaracaq. Zəncirvari şəkildə elektrikin, kömürün və neftin qiymətləri yüksələcək. Təbii qaz qıtlığı, polad və kimya sənayesinə də mənfi təsir edəcək.O da qeyd edilir ki,Rusiyadan təbii qaz idxalının uzun müddət üçün qadağan edilməsi, Avropanın vergi ödəyicilərinin ciblərinə də mənfi bir təsir edəcək.
Bu gün Rusiyadan ixrac edilən yanacağın 50 faizini Şərq Avropa ölkələri götürür. Rusiyalı ekspertlər isə deyir ki, təbii qazın alternativ qaynaqları Avropaya Rusiya yanacağından baha başa gələcək. Bu gün Avropa təbii qaz idxalını qısa müddət üçün dayandırmağa hazırdır: “Rusiyadan təbii qaz idxalatının uzun müddət üçün qadağan edilməsi, təbii qaz böhranına yol aça bilər. Nəticədə maliyyə böhranı meydana gələ bilər. Avropalı liderlərin şüurlu olaraq belə bir addım atacaqlarını zənn etmirik”.
İqtisadiyyat şöbəsi
-
İdman03:35
Əfsanə Enrikeni ələ saldı: deyirdilər ki…
-
Maraq dünyası02:19
Dünyanın ən lənətlənmiş adası: Kim yaşadısa... - FOTO
-
Region01:50
İranda qadın alveri və intim xidmətlər barədə ŞOK FAKTLAR - VİDEO
-
İdman01:08
"Real" ÇL-nin finalında! - VİDEO/YENİLƏNDİ
-
Region00:45
Putinlə Paşinyanın görüşü başa çatdı - YENİLƏNDİ
-
Qoroskop00:35
Günün qoroskopu: nüfuzlu insandan dəstək ala bilərsiniz
-
Hadisə8 May 23:34
Xırdalanda küçə itləri qadını dişlədi - ANBAAN VİDEO
-
Hadisə8 May 21:59
Hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq buna görə təşkil edilibmiş... - FOTO