İran razılaşmanı pozur: Neft hasilatını artırır
Bizi izləyin

İqtisadi gündəm

İran razılaşmanı pozur: Neft hasilatını artırır

OPEC-lə razılaşmaya görə, İranın sutkalıq neft hasilatı 3,79 milyon barreli ötməməlidir.

İran gündəlik neft hasilatını 4 milyon barrelə çatdıracaq.

Publika.az TASS agentliyinə istinadla xəbər verir ki, bunu İran Milli Neft Şirkətinin başçısı Əli Kardor bildirib. Onun sözlərinə görə, ölkəsi mart ayının 20-dən etibarən sutkalıq neft hasilatını 4 milyon barrelə qədər artıracaq.

OPEC-lə razılaşmaya görə, İranın sutkalıq neft hasilatı 3,79 milyon barreli ötməməlidir.

İranın tutduğu bu mövqeə dünyada neftin qiymətinin kəskin aşağı düşməsinə səbəb ola bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm