İqtisadi gündəm
Yumurtanın istehsalçı qiymətləri ucuzlaşıb
Ötən ay kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 0,1 faiz, o cümlədən diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri 0,7 faiz ucuzlaşıb.
Publika.Az-ın məlumatına görə, çoxillik bitkilərin istehsalçı qiymətləri 2,4 faiz bahalaşıb. Birillik bitkilərin istehsalçı qiymətləri isə əvvəlki ayla müqayisədə eyni səviyyədə qalıb.
Birillik bitkilərdən kələmin istehsalçı qiymətləri 2,2 faiz, kartofun 0,3 faiz, baş soğanın istehsalçı qiymətləri 0,4 faiz bahalaşıb. Göyərtilərin istehsalçı qiymətləri 0,2 faiz, qırmızı turpun 4,8 faiz, göy soğanın 2,0 faiz, quru otun 0,5 faiz, yoncanın istehsalçı qiymətləri isə 3,0 faiz ucuzlaşıb. Çoxillik bitkilərdən limonun istehsalçı qiymətləri 0,2 faiz, almanın 13,9 faiz, fındığın istehsalçı qiymətləri 10,0 faiz bahalaşıb.
Diri heyvanlar və heyvandarlıq məhsullarından camışın istehsalçı qiymətləri 1,6 faiz, mal və qoyun ətinin (diri çəkidə) 0,1 faiz, diri qoyun və keçilərin 0,2 faiz, südün istehsalçı qiymətləri 0,1 faiz bahalaşıb. Bu bahalaşma ilə yanaşı ay ərzində inəyin istehsalçı qiymətləri 0,7 faiz, diri ev quşlarının 4,2 faiz, quş ətinin (diri çəkidə) 0,6 faiz, yumurtanın istehsalçı qiymətləri isə 7,6 faiz ucuzlaşıb. Ay ərzində meşə təsərrüfatı məhsullarının istehsalçı qiymətləridə 0,1 faiz, balıq və sair balıqçılıq məhsullarından diri balığın istehsalçı qiymətlərində 0,4 faiz ucuzlaşma baş verib.
İqtisadiyyat şöbəsi
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi